2-Cİ LİQA: "Ağstafa Gəncləri"ndən səfərdə əzmkar qələbə
Azərbaycan 2-ci Liqasında 1-ci tura yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, 2-ci oyun günündə 3 matç keçirilib. "Difai" "Dinamo"nu üstələyib - 3:1. "Ağstafa Gəncləri" Elçin Qasımovun pokeri sayəsində səfərdə "Zəngəzur"a 4:3 hesabı ilə qalib gəlib. "Şəmkir" - "Marafon" görüşündə isə hesablı heç-heçə qeydə alınıb - 1:1. Azərbaycan 2-ci Liqası 1-ci tur 2 sentyabr (çərşənbə) “Difai” – “Dinamo” 1:3 Qollar: E.Ağalarov, 90+1 - Z.Bayramov, 16. V.Seyidov, 45+1; 62-pen. Hakimlər: Pərviz İbrahimov, Vüsal Xəlilzadə, İlkin Mustafazadə, Mehdi Yusifov Palms Sports Futbol Mərkəzi (IV meydança) “Zəngəzur” – “Ağstafa Gəncləri” 3:4 Qollar: R.Şahmuradov, 20; 28. E.Abbaslı, 89-pen. - E.Qasımov, 3; 23; 40; 58. Qırmızı vərəqə: Ş.Zəkiyev, 31("Zəngəzur") Hakimlər: Hacıağa Həsənov, Əkbər Əliyev, Əhməd Əhmədsoy, Vaqif Vəliyev Binə qəsəbə stadionu “Şəmkir” – “Marafon” 1:1 Qollar: H.Həsənov, 34 - Ə.Ələkbərli, 75 Hakimlər: Rəsul Babayev, Cavid Ömərov, Sadiq Əliyev, Rasim Musayev Şamaxı OİK stadionu 1 sentyabr “Qaradağ Lökbatan” - “Hypers” - 2:1 “Şirvan” - “Kür-Araz” - 6:1 “Şəki” - “Ağdaş” - 4:2





















