Misli Premyer Liqası: "Kəpəz"dən qələbə, "Zirə" "Neftçi"yə qarşı
Misli Premyer Liqasında 3-tur davam edir. Mediaxeberleri.Az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb. Əvvəlcə Gəncədə "Kəpəz" "Turan Tovuz"la qarşılaşıb. "Kəpəz" uzun fasilədən sonra yenidən inşa olunan stadionunda ilk oyununa çıxıb və görüşdən 1:0 hesablı qələbə ilə üstün ayrılıb. Günün son oyununda isə "Zirə" "Neftçi"ni qəbul edir. Hazırda 6 xalla turnir cədvəlinin 1-ci və 2-ci pilləsində qərarlaşan komandaların görüşü saat 20:15-də start götürüb. 30 avqust Misli Premyer Liqası, 3-cü tur 20:15.“Zirə” – “Neftçi” - 1:0 (ikinci hissə) Qol: Qismət Alıyev, 45+3 18:00.“Kəpəz” – “Turan Tovuz” - 1:0 Qol: Viktor Stina, 47 29 avqust “Şəfa” - “İmişli” - 0:1 “Qəbələ” - “Şamaxı” - 0:0 31 avqust 18:00. “Araz-Naxçıvan” - “Sabah” 20:15. “Sumqayıt” - “Qarabağ” Bomdardirlər: Breno Almeyda (“Neftçi”) - 4 qol Aydın Eren (“Zirə”) - 2 qol
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabarov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Zirə İK stadionu
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
Gəncə şəhər stadionu





















