"Sabah"ın rəqibləri müəyyənləşdi - "Barselona", "Mançester Yunayted" və...
Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, Monakoda keçirilən mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu “Sabah” 4-cü səbətdə yer alıb. Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. Püşkün nəticəsinə əsasən “Sabah”ın rəqibləri aşağıda adları qeyd edilən komandalar olacaq: 1-ci səbətdən “Barselona”, İspaniya (Bakıda) 2-ci səbətdən “Borussiya” Dortmund, Almaniya (Bakıda) 3-cü səbətdən “Vilyarreal”, İspaniya (səfərdə) 4-cü səbətdən “Slaviya” Praqa, Çexiya (Bakıda) Liqa mərhələsinin oyunlarına sentyabrın 8-də start veriləcək. Çempionlar Liqasının Liqa mərhələsinin tam təqvimi, oyunların tarixləri və başlama saatları isə avqustun 29-dan gec olmayaraq açıqlanacaq.
“Arsenal”, İngiltərə (səfərdə)
“Mançester Yunayted”, İngiltərə (səfərdə)
“Napoli”, İtaliya (Bakıda)
“Vikinq”, Norveç (səfərdə)





















