“Qarabağ” avrokuboklarla vidalaşdı
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edib. Görüş Niderland təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qeyd edək ki, komandalar arasında Niderlandda oynanılan ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Beləliklə, "Tvente" hər iki oyunun nəticəsinə əsasən Liqa mərhələsinə yüksəlib. "Qarabağ" isə avrokuboklarla vidalaşıb. 27 avqust UEFA Konfrans Liqası 20:15. Qarabağ" (Azərbaycan) – "Tvente" (Niderland) - 1:4 Qol: Kadi Borges, 59, (1:0), Pyatsa, 79 (1:1), Bruns, 90+2 (1:2), Veghorst, 94 (1:3), Taha, 114 (1:4) Qırmızı vərəqə: Marko Yankoviç, 106 ("Qarabağ") Baş hakim: Rohit Saqqi (Norveç) İlk oyun - 1:0
Pley-off mərhələsi, cavab oyunu
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu





















