"Qarabağ" "Tvente" ilə həlledici oyuna çıxır
"Qarabağ" bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. Mediaxeberleri.Az xəbər verir ki, Ağdam təmsilçisi Niderlandın "Tvente" komandasını qəbul edir. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Norveçdən olan hakimlər briqadası idarə edəcək. Qeyd edə ki, komandalar arasında Niderlandda oynanılan ilk görüşdə "Qarabağ" 1:0 hesablı qələbə qazanıb. Turu keçən komanda Liqa mərhələsinə yüksələcək. Mübarizəni uduzan komanda isə avrokuboklarla vidalaşacaq. 27 avqust UEFA Konfrans Liqası 20:00. "Qarabağ" (Azərbaycan) – "Tvente" (Niderland) Baş hakim: Rohit Saqqi (Norveç) İlk oyun - 1:0

Pley-off mərhələsi, cavab oyunu
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















