Bu gün Türkiyə-Yunanıstan danışıqları başlayır: Nələr müzakirə olunacaq?
Türkiyə ilə Yunanıstan arasında danışıqlar bu gün başlayır. Oktyabrın 16-sı və 17-də Afinada Birgə Fəaliyyət Planı üzrə Görüş və Siyasi Məsləhətləşmələr keçiriləcək. Mediaxeberleri.Az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə nümayəndə heyətinə xarici işlər nazirinin müavini Burak Akçapar başçılıq edəcək. Birgə Fəaliyyət Planı İclasında ticarət, iqtisadiyyat, enerji, nəqliyyat, təhsil, səhiyyə, ətraf mühit sahələrində əlaqələrin yaxşılaşdırılması istiqamətində atılan addımlar nəzərdən keçiriləcək. Yeni əməkdaşlıq sahələri qiymətləndirilərkən, prosesin gələcəyi ilə bağlı fikir mübadiləsi aparılacaq. Siyasi məsləhətləşmələr çərçivəsində iki ölkənin nümayəndə heyətləri bir araya gələcək. İkitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə olunacaq.