Ağstafa sakini dostunu bıçaqlayıb - VİDEO
Ağstafada mübahisə edən iki dostdan biri bıçaqlanıb. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə rayon mərkəzində yerləşən geyim mağazalarından birinin yaxınlığında qeydə alınıb. Gənclərin yaxınları bildirirlər ki, Rəşad və Babək dost olublar. Onların arasında yaranan mübahisənin dəqiq səbəbi isə bilinmir. Yaralı əvvəlcə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Hadisəni törətməkdə şübhəli bilinən Rəşad Hacıyev saxlanılıb. Faktla bağlı Ağstafa rayon Polis şöbəsində araşdırma aparılır. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxunub: 38
Xəbəri paylaş
Paylaş:





















