"Neftçi" fasiləyə üstün yollandı - Yenilənir
Bu gün Azərbaycan təmsilçisi "Neftçi" Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, Yuri Vernidubun komandası Minsk "Dinamo"su ilə Bolqarıstanda qarşılaşır. Bolqarıstanın Staro-Zaqora şəhərindəki “Beroe” stadionunda oynanılan görüş Bakı vaxtı ilə saat 21:00-da bşlayıb. Komandalar arasında ilk oyun Belarus təmsilçisinin 4:2 hesablı qələbəsi ilə bitib. Bu cütün qalibi 3-cü təsnifat mərhələsində “Jelezniçar” (Serbiya) – “Braqa” (Portuqaliya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək. Konfrans Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları 21:00. "Dinamo" (Minsk, Belarus) - "Neftçi" (Azərbaycan) - 0:1 Qol: Breno Almeyda, 12 Baş hakim: Tim Marşall (Şimali İrlandiya) "Beroe" stadionu İlk oyun - 4:2





















