"Sabah" tarix yazdı: İlk dəfə avrokubokların əsas mərhələsinə yüksəldi - VİDEO
Azərbaycan təmsilçisi "Sabah" Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, Valdas Dambrauskasın komandası Finlandiyada "KuPS"un qonağı olub. Bu komandalar arasında ilk oyun "Sabah"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bugünkü görüşdə isə Azərbaycan klubu 2:0 hesabı ilə qalib gələrək 3-cü təsnifat mərhələsinə yüksəlib. Bu isə o deməkdir ki, "Sabah" ən azı Konfrans Liqasında Liqa mərhələsini təmin edib. "Sabah" ÇL-in 3-cü təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. "Lex" səfərdə keçirdiyi ilk görüşdə "Orhus"a 4:1 hesabı ilə qalib gəlib. Komandaların cavab matçı iyulun 29-da Polşada keçiriləcək. 28 iyul UEFA Çempionlar Liqası 3-cü təsnifat mərhələsinin cavab oyunu 19:00. "KuPS" (Finlandiya) - "Sabah" (Azərbaycan) - 0:2 Qol: Velko Simiç, 53, Coy-Lens Mikels, 70 Baş hakim: Qal Leybovitz, Roy Hassan, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail) VAR: Daniel Bar Natan AVAR: Eitan Şumelevitz





















