Mediaxeberleri.az
    
  • Ağstafada qardaş qardaşın qanını tökdü
    Ağstafada qardaş qardaşın qanını tökdü
  • 
  • Həyat yoldaşını döyərək öldürdü - BAKIDA
    Həyat yoldaşını döyərək öldürdü - BAKIDA
  • 
  • Bir-birimizə verdiyimiz mənəvi və siyasi dəstəyimiz haqq işimizi inamla həyata keçirməyimizə yol açır - RƏY
    Bir-birimizə verdiyimiz mənəvi və siyasi dəstəyimiz haqq işimizi inamla həyata keçirməyimizə yol açır - RƏY
  • 
  • Qazaxda şair Rayət Əlinin 65 illik yubileyi qeyd olunub - FOTO
    Qazaxda şair Rayət Əlinin 65 illik yubileyi qeyd olunub - FOTO
  • 
  • Ağstafada ailə FACİƏSİ:  Müəmmalı "8" rəqəmi
    Ağstafada ailə FACİƏSİ: Müəmmalı "8" rəqəmi
  • 
  • Bakıda Qurban bayramı münasibətilə namaz qılınıb
    Bakıda Qurban bayramı münasibətilə namaz qılınıb
  • 
  • 216 saylı məktəbin direktoru ilə bağlı iddialar əsaslıdır?
    216 saylı məktəbin direktoru ilə bağlı iddialar əsaslıdır?
  • 
  • İlahiyyatçı hansı "adət"i yıxıb sürüdü?: "İndi ölünün yanına "Mercedes" basdırmalıdırlar?!"
    İlahiyyatçı hansı "adət"i yıxıb sürüdü?: "İndi ölünün yanına "Mercedes" basdırmalıdırlar?!"
  • 
  • "Oğlunu həbsdən azad edəcəyik" deyib, 22 minini mənimsədi
    "Oğlunu həbsdən azad edəcəyik" deyib, 22 minini mənimsədi
  • 
  • Ali məktəblərə qəbul olanların yarısı ixtisasından narazıdır - Səbəb nədir? - VİDEO
    Ali məktəblərə qəbul olanların yarısı ixtisasından narazıdır - Səbəb nədir? - VİDEO
  • 
  • Beyni zombiləşdirən qidalar...
    Beyni zombiləşdirən qidalar...
  • 
  • Azərbaycan boksçuları Gürcüstanda 7 medal qazandılar
    Azərbaycan boksçuları Gürcüstanda 7 medal qazandılar
  • 
  • İran-İsrail savaşı ilə bağlı QORXUNC SSENARİ – Bu ölkələr də münaqişəyə daxil ola BİLƏR
    İran-İsrail savaşı ilə bağlı QORXUNC SSENARİ – Bu ölkələr də münaqişəyə daxil ola BİLƏR
  • 
  • İrandan təxliyə: Qazaxıstanın 6 vətəndaşı ölkəmizə keçdi - Foto
    İrandan təxliyə: Qazaxıstanın 6 vətəndaşı ölkəmizə keçdi - Foto
  • 
  • Qurtuluş günü münasibətilə “İnan mənə” tamaşası nümayiş etdirilib — FOTOLAR
    Qurtuluş günü münasibətilə “İnan mənə” tamaşası nümayiş etdirilib — FOTOLAR
  • 
  • Qazaxda evə basqın - 3 nəfərə xəsarət yetirildi
    Qazaxda evə basqın - 3 nəfərə xəsarət yetirildi
  • 
  • Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO
    Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi - VİDEO
  • 
  • Ağstafada ər 18 yaşlı arvadının başını kəsib - AĞIR CƏZA VERİLDİ
    Ağstafada ər 18 yaşlı arvadının başını kəsib - AĞIR CƏZA VERİLDİ
  • 
  • Fərid Qayıbov: "Cənub zonasında boks ənənələri var"
    Fərid Qayıbov: "Cənub zonasında boks ənənələri var"
  • 
  • Məhkəmə "Azərbaycan Dəmir Yolları"nın yanacağını satan maşinistə cəza verdi
    Məhkəmə "Azərbaycan Dəmir Yolları"nın yanacağını satan maşinistə cəza verdi
  • 
  • "Maraqlıdır ki, Azərbaycan Dəmir Yolları belə ifrat yüksək qiyməti hansı təbəqə üçün müəyyən edib?"
    "Maraqlıdır ki, Azərbaycan Dəmir Yolları belə ifrat yüksək qiyməti hansı təbəqə üçün müəyyən edib?"

Son xəbərlər :
  • MN-dən əhaliyə xəbərdarlıq: Təşvişə düşməyin!
  • Milli QHT Forumu Rusiyada azərbaycanlıların qətl və zorakılığa məruz qalmasına dair bəyanat yaydı
  • Aslan İsmayılov: “Canfəşanlıq edənlər Rusiyanı özünə vətən sayan, Azərbaycanda ucuz şoular hesabına “xeyriyyəçi” kimi tanınanlardır”
  • Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir
  • Kanada Rusiyanın dondurulmiş aktivlərindən Kiyevə milyardlarla dollar verib
  • Rusiyada daha bir zorakılıq: Bu dəfə qadını döydülər - Video
  • Ali Radanın deputatı: "Yekaterinburqdakı hadisələr Rusiyanın ksenofob imperiya olduğunun sübutudur"
  • Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi
  • "Haber Global": "Rusiyada azərbaycanlılara qarşı qeyri-insani davranış göstərilir" - VİDEO
  • Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı "Baku Plaza"ya gəliblər
  • Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO (Yenilənib)
  • Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
  • Hərbi prokuror Azərbaycan sərhədinə getdi
  • Rus təyyarəsini Çinə qaçıran azərbaycanlı – Putinin partiyasındadır
  • Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparıldı, protokol imzalandı
  • Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO
  • Bakıda narkotacirlər polisə bıçaq çəkdi - 1 ölü, 2 saxlanılan
  • Tehran və Kreml Bakıya qarşı sinxron təxtibat üçün razılaşıblar? - Politoloq
  • Ermənistanda vəziyyət gərginləşir: Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
  • DİN-dən "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı AÇIQLAMA - VİDEO
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

20 İLİN SOSİAL-İQTİSADİ İNQİLABI - Dəyişən rəqəmlər inkişafın bariz sübutudur

  • Tarix: 15-10-2023, 21:12

“Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri”

İlham Əliyev

Güclü iqtisadiyyat əhalinin rifahı, ölkənin sabitliyi, ordunun gücü, dövlətin təhlükəsizliyidir. Elə ən yaxın tarixdə baş verən ikinci Qarabağ müharibəsində bunun bir daha şahidi olduq. Bu qələbənin təminatı olan güclü iqtisadiyyatın əsası hələ illər əvvəl Heydər Əliyev tərəfindən qoyuldu. Daha sonra bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı regionun ən güclü dövləti səviyyəsinə yüksəltdi. Güclü iqtisadiyyat bu gün Azərbaycanın milli maraqlara uyğun siyasət aparmasının təminatçısıdır. Ölkəmiz regionda bütün qlobal əhəmiyyətli nəqliyyat və enerji layihələrinin təşəbbüskarı və iştirakçısıdır. Bu da Azərbaycanın iqtisadi siyasətinin doğru qərarlar hesabına atılan addımlarla inkişafı deməkdir. Bu siyasəti aparan isə Azərbaycan Prezidenti İlham Əliyevdir.

“Report” Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə Azərbaycanın keçdiyi misilsiz inkişaf yolunun bəzi məqamlarına nəzər salır.

20 ildə qazanılan iqtisadi uğurlar hesabına ölkəmiz bütün sahələrdə inkişaf yolunu tutub.



Ötən 20 il Azərbaycanın iqtisadi inkişafında mühüm dövr kimi dəyərləndirilməlidir. Qazanılan iqtisadi uğurlar, əldə edilən nailiyyətlər hesabına ölkəmiz bütün sahələrdə inkişaf yolunu tutub. Bu dövrdə həyata keçirilən işlərin nəticəsi kimi bir sıra iqtisadi göstəricilərə nəzər salsaq görərik ki, 2003-cü ildə Azərbaycanda ümumi daxili məhsulun dəyəri 7,1 milyard manat olduğu halda, 2022-ci ildə 133,7 milyard manat təşkil edib. 2023-cü ilin gözləntilərinə görə 2003-cü illə müqayisədə 16,8 dəfə artım olacağı proqnozlaşdırılır. Ümumiyyətlə 20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Qeyri neft-qaz sektorunda ÜDM-in həcmi 2003-cü ildəki 4,4 milyard manatdan 2022-ci ildə 69,8 milyard manata çatdırılıb. Bu ilin sonuna nisbətən isə 20 ildə artım 17,6 dəfə təşkil edəcəyi gözlənilir. Dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1 milyard 221 milyon manat idisə, 2023-cü ildə bu rəqəmin 34 milyard manata yaxın olacağı gözlənilir. 20 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan 1,6 milyard ABŞ dolları strateji valyuta ehtiyatlarına sahib idi. Bu il isə valyuta ehtiyatları 67 milyard ABŞ dollarını ötüb və bu da təxminən 41 dəfə artım deməkdir. Həmçinin Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları bu il 2003-cü ildəki 757 milyon ABŞ dollarından 9,2 milyard ABŞ dollarına qədər artıb. Neft Fondunun aktivləri isə 820 milyon ABŞ dollarından 55 milyard ABŞ dollarına çatıb. Neft Fondunun vəsaitlərinin artımı ölkə iqtisadiyyatına investisiya yatırımlarının yüksəldilməsi üçün şərait yaradıb. Belə ki, 2003-cü ildə bu göstərici 4,33 milyard ABŞ dolları idisə, 2022-ci ildə investisiyaların ümumi həcmi (bütün mənbələr üzrə) rekord həddə çataraq 29,135 milyard manata çatıb ki, bunun da 14,9 milyard manatını (8,8 milyard ABŞ dolları) xarici investisiyalar təşkil edib. 20 il ərzində investisiyaların ümumi həcmi 300 milyard ABŞ dolları təşkil edib. Ölkəmizin xarici ticarət dövriyyəsi 2003-cü ildə 5,2 milyard ABŞ dolları, 2022-cü ildə isə 56 milyard 212 milyon ABŞ dolları olub. Azərbaycanın ixracı 2,6 milyard ABŞ dolları səviyyəsindən 41,7 milyard ABŞ dollarına (2023-cü ildə) yüksəlib. 2022-ci ildə qeyri neft-qaz məhsullarının ixracı 2002-ci illə müqayisədə 12 dəfəyədək artaraq müstəqillik dövründə ilk dəfə 3 milyard ABŞ dollarını ötüb.

Ölkənin maliyyə imkanları yaxşılaşdıqca xarici borclanmadan da asılılıq azalıb. Nəticədə 2003-cü ildə xarici borcun ÜDM-də payı 21,6 % olduğu halda, 2022-ci ildə 9,5 % təşkil edib. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi 20 ildə qazanılan iqtisadi uğurların ümumi mənzərəsini əks etdirir. Ölkə başçısının strateji inkişaf kursunun uğuru nəticəsində Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.

Qarabağın azad olunmasında və bərpasında dayanıqlı iqtisadiyyat dayanır.



44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbənin təminatında əldə olunan iqtisadi uğurlarımızın xüsusi rolunu qeyd etməmək mümkün deyil. Biz Prezident İlham Əliyevin rəhbərliyə ilə döyüşə yalnız siyasət, informasiya, ordu quruculuğundakı uğurlara əminliklə deyil, eyni zamanda ölkə iqtisadiyyatına arxalanaraq başladıq. Sözsüz ki, ordu quruculuğunun da bu qədər mükəmməl təşkilində iqtisadi əsaslar dayanır. Ən müasir silahların alışı, peşəkar ordunun hazırlanması güclü iqtisadiyyatı olan ölkələrə xasdır. Müqayisə apardıqda da görərik ki, Azərbaycanın müdafiə xərcləri 2003-cü ildə cəmi 150 milyon ABŞ dollarına bərabər idisə, 2023-cü il dövlət büdcəsində müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi xərcləri 5,3 milyard manat məbləğində nəzərdə tutulub və gələn il bir qədər (6 %) də artacaq. 2020-ci ilin oktyabrın 26-da Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu fikirlər də bu məqamda yerinə düşər: “İndi bir daha sual verirəm. Hər dəfə bu sualı verirəm və verəcəyəm. Cavab gələnə qədər verəcəyəm. Haradandır bu pul, haradan? Müşahidəçilər, vasitəçilər, politoloqlar, ermənipərəstlər desinlər ki, haradan gəlir? Bizim pulumuz var, hər şey şəffaf. Nə qədər pulumuz var Azərbaycan xalqı bilir, dünya bilir, hər kəs bilir. Öz pulumuzla alırıq. Heç kimdən də asılı deyilik. Bu, borc içində olan, müflisləşən ölkə haradan alıbdır?”

Bəli, Azərbaycan iqtisadiyyatı güclüdür və bu, bizə daim diktə edən tərəf olmaq imkanını verir.

Qarabağın azad olunması ilə, hətta müharibənin gedişi zamanı başlayan quruculuq, bərpa işləri də davamlı iqtisadiyyat sahəsində mümkün oldu. Təkcə bu ilin birinci yarısında Qarabağa dövlət büdcəsindən 1,9 milyard manatdan çox vəsait xərclənib. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra bərpa işlərinə Azərbaycan büdcəsindən indiyədək 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. Növbəti il üçün planlaşdırılan minimum xərclər isə 2,4 milyard ABŞ dolları olacaq. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işlərinin aparılmasına yönəldilməklə cari ildə Böyük Qayıdış Proqramı üçün ayrılan dövlət büdcəsinin vəsaitinin 5 milyard 260 milyon manata çatdırılması nəzərdə tutulub. Hazırda Qarabağda sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir. Yaşayış binaları, iaşə obyektləri, hava limanları tikilir, yollar çəkilir, kommunikasiya xətləri quru qurulur, bir sözlə bu yerlərə həyat qayıdır.

Enerji layihələri iqtisadi inkişafımızı sürətləndirir, respublikamızın beynəlxalq aləmdəki mövqeyini gücləndirir.



Prezident İlham Əliyevin qətiyyəti və siyasi-diplomatik uzaqgörənliyi ilə reallaşan enerji layihələri bu gün Azərbaycanın həm iqtisadi inkişafını sürətləndirir, həm də respublikamızı qlobal mövqelərdə əhəmiyyətli dərəcədə yüksəldir. Ulu Öndər Heydər Əliyevin enerji siyasətini uğurla davam etdirən Azərbaycan Prezidentinin iradəsi ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri bu gün respublikamızın inkişafına, xalqımızın sosial rifahının yüksəldilməsinə xidmət edir. Dövlətimizin başçısının siyasi iradəsi ilə ərsəyə gələn "Cənub Qaz Dəhlizi" Azərbaycanın qlobal enerji bazarlarındakı və beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirib, ölkəmizi qlobal miqyasda söz sahibinə çevirib. Rusiya-Ukrayna müharibəsi nəticəsində yeni çağırışlarla üzləşən Şərqi Avropa ölkələri bu gün məhz Azərbaycan qazı ilə təmin olunurlar.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və ortaya qoyduğu siyasi iradə nəticəsində 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”ni iqtisadiyyatımızın təməli sayarsaq, 23 il sonra - 2017-ci il sentyabrın 14-də düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanmasını iqtisadiyyatın yeni dayanıqlı mərhələsi adlandırmaq olar.

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilən imzalanma mərasimi ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gün kimi yadda qaldı, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Çünki “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Bu Saziş Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış Saziş də ölkəmizin maraqlarını tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə Saziş imzalanıb. Bu Sazişin “Yeni Əsrin müqaviləsi” adlandırılması da təsadüfi deyil. Dövlətimizin başçısının “Biz 1994-cü ildə xarici şirkətlərlə "Əsrin müqaviləsi"ni imzaladıq və bu müqavilədə bir vergül belə dəyişdirilməyibdir. Hesab edirik ki, etimadı illərlə qazanmaq lazımdır, onu səhv bir addımla itirmək olar” fikri ölkəmizin iqtisadi gücünü, aparılan uğurlu siyasətin nəticəsini təcəssüm etdirir.

Həqiqətən Azərbaycanın gələcək inkişafı, ölkənin maliyyə imkanlarının genişləndirilməsində bu müqavilənin çox böyük əhəmiyyəti var.

Yerli məhsullar "Made in Azerbaijan" brendi ilə dünyanın yüzlərlə ölkəsinə ixrac edilir.



Prezident İlham Əliyevin inkişaf siyasətinin prioritet istiqamətlərindən biri regionların inkişafıdır ki, bu da təsadüfi deyil. Davamlılığın və mühüm makroiqtisadi nəticələrin əldə olunması, eyni zamanda regionların inkişaf etdirilməsindən ibarətdir. Dövlətimizin başçısı regionların inkişafı ilə bağlı əsas istiqamətləri dəfələrlə qeyd edib və ötən 20 ilin yekunları göstərir ki, bu istiqamətlər dövlət proqramlarının icrası ilə uğurla həyata keçirilib. Belə ki, 2003-cü ildə əkin sahələri 1,22 milyon hektar təşkil edirdisə, bu rəqəm 2022-ci ildə 1,62 milyon hektar olub. Həmçinin 2003-cü ildə kənd təsərrüfatında istehsalın dəyəri 1 milyard 450,5 milyon manat olubsa, 2022-də bu göstərici 10 milyard 984,2 milyon manata çatıb.

Aqrar sahəyə dövlət himayəsi Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə daha da genişlənib.

“Bizim kənd təsərrüfatı məhsullarımızın ixrac potensialı çoxşaxəlidir. Bu, bizim böyük xoşbəxtliyimizdir. Çünki bizim 9 iqlim zonamız var. Bizdə həm meyvə-tərəvəz, həm tütün, pambıq, üzüm, spirtli içkilər, fındıq, badam, çay, sitrus meyvələri, yəni, hər şey var. Sadəcə olaraq gərək biz bu təbii imkanlardan düzgün istifadə edək, istifadə edirik və son illərdə kənd təsərrüfatı sahəsində çox böyük inkişaf var. Biz indi ənənəvi sahələri bərpa etməklə daha da böyük potensial yaradacağıq. Bir daha deyirəm ki, biz bu sahəni bundan sonra ancaq elmi biliklər əsasında inkişaf etdirməliyik”, - deyən Prezident İlham Əliyevin aqrar sahədə sahibkarlığın inkişafını stimullaşdıran bir çox qanunlar qəbul etməsi, çoxsaylı fərmanlar imzalaması və dövlət proqramlarını təsdiq etməsi nəticəsində bu gün Azərbaycan istehsalı olan məhsullar "Made in Azerbaijan" brendi adı altında Çindən Amerikaya qədər dünyanın yüzlərlə dövlətinə ixrac edilir. 2003-cü ildə ixrac olunan kənd təsərrüfatı və emal məhsullarının dəyərinin 166 milyon ABŞ dollarından 2023-cü ildə 912,4 milyon ABŞ dollarına yüksəlməsi, dövlət büdcəmizdə neft gəlirlərinin artıq qeyri-neft gəlirləri ilə əvəzlənməsi bu istiqamətdə həyata keçirilən siyasətin səmərəsidir.

Əhalimizin etibarlı ərzaq təminatı iqtisadi siyasətimizin əsas istiqamətlərindən olmaqla xalqın sosial rifahının yaxşılaşdırılmasına hesablanıb. Azərbaycanda taxıl istehsalı 2003-cü illə müqayisədə 1,5 dəfə artaraq 2022-ci ildə 3 milyon 112,1 min ton olub. Aqrar sahədə əldə olunan bu və digər nailiyyətlər uğurla reallaşan iqtisadi islahatların, ölkədə azad sahibkarlıq mühitinin yaradılmasının, dövlət proqramları ilə qarşıya qoyulmuş vəzifələrin icrasının nəticəsidir.

İKT-nin inkişafı üçün görülən işlərin nəticəsi 20 illik dövrü yox, həmçinin gələcək illəri də əhatə edir.



20 illik fəaliyyətdə xüsusi yerə sahib olan uğurlardan biri də informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində qazanılan nailiyyətlərdir. Ölkəmizin beynəlxalq kosmik ailənin üzvü olmasını Azərbaycanın növbəti tarixi uğurlarından hesab edə bilərik. Artıq fəzada müstəqil dövlətimizin peykləri uçur və biz öz kosmik xidmətlərimizi dünyaya ixrac edirik. Azərbaycanın yarım əsrdən sonra Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi, bu sahənin daim dövlətimizin diqqətində olduğunu göstərir.

Prezident İlham Əliyevin “Bakıda keçirilən bu Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcəkdir. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir” fikirləri bu sahədə qarşıya qoyulan məqsədləri daha aydın ifadə edir.

Azərbaycanın İKT sahəsində əldə etdiyi uğurlar artıq ölkə sərhədini keçib. İndi bütün sahələrdə müasir rəqəmsal texnologiyalardan istifadə olunur, yeni metodlar tətbiq edilir və bu da iqtisadiyyatın inkişafını sürətləndirir. Ölkəmiz 2003-cü ildə rabitə və İKT-də 93,2 milyon manat gəlir əldə edibsə, 2022-ci ildə bu rəqəm 1 milyard 301,7 milyon manat olub. Avtomatik telefon stansiyalarının sayı 1151-dən (2003-cü ildə) 2064-ə (2022-ci ildə) çatıb. Mobil rabitədə abonentlərin sayı 2003-də 1 milyon, 2023-də 11 milyon təşkil edib.

Demək olar ki, artıq Azərbaycanın bütün nöqtələrində internet əlçatanlığı təmin olunub, insanlar sürətli internet çıxışı əldə edib. Artıq Azərbaycan əhalisinin 85 % internetdən istifadə edir. 2003-cü ildə isə bu rəqəm 5 % idi. İnternet şəbəkəsində abonentlərin sayı 2005-ci ildə 400 min nəfər olubsa, 2022-ci ildə 8,3 milyon nəfərə çatıb. 2023-cü ilin mart ayında ölkəmiz “Speedtest” Qlobal İndeksində mobil internetin sürətinə görə dünyanın 140 ölkəsi arasında 54-cü yerdə qərarlaşması da təsadüfi deyil. Eyni zamanda 2022-ci ilin sonuna Ümumdünya Şəbəkə üzrə qlobal göstərici təxminən 65 %-ə çatıb.

Azərbaycanda İKT sahəsinin inkişafı üçün görülən işlər təkcə ötən 20 illik dövrü yox, həmçinin gələcək illəri də əhatə edir. Gənclərin startaplara cəlb olunması, bütün sahələrdə rəqəmsallaşmaya keçid, sosial-iqtisadi inkişafa dair müəyyən edilən beş milli prioritet sırasında rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanının yaradılmasının yer alması bunun sübutudur.

Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin həm keçdiyi, həm də kəsişdiyi bir məkana çevrilib.



Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq layihələr sırasında nəqliyyat-logistika sahəsi xüsusi yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 20 ilin ən böyük iqtisadi, həm də siyasi uğurlarından biri Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin həm keçdiyi, həm kəsişdiyi bir məkana çevrilməsidir. Ötən 20 ildə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilişi, ölkəmizdəki bütün hava yollarının yenidən qurulması, avtomobil yollarının genişləndirilməsi, Xəzər dənizində üzən gəmi və bərələrimizin sayının artırılması, Bakıda Beynəlxalq Dəniz Limanının salınması, Ələt Azad İqtisadi Zonasının yaradılması buna bariz nümunədir. Azərbaycanın bu sahədə də uğurları statistik göstəricilərdə öz əksini tapıb. Belə ki, 2003-cü ildə ölkəmizdən 110 milyon ton həcmində yük daşınıbsa, 2022-ci ildə bu rəqəm 218,7milyon ton olub. Müqayisə olunan dövrdə yükdaşımadan 360 milyon manatlıq, 2022-ci ildə isə 8milyard 634 milyon manatlıq gəlir əldə edilib. Sərnişindaşımaya gəldikdə, 2003-cü ildə 921 milyon nəfər, 2022-ci ildə 1,6 milyard nəfər daşınıb.



Ümumilikdə, bu sahədə görülən işləri, həyata keçirilən layihələri Çin dövləti də diqqətlə izləyir və "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycandan keçən nəqliyyat dəhlizlərinə böyük diqqət ayırır.

Ölkəmizin nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində əsas işlərdən biri infrastrukturun qurulmasıdır ki, son 20 ildə bu sahədə də uğurlara imza atılıb. 2003-cü ildən başlayaraq Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu tikilib və ya təmir edilib. Həmçinin qeyd etməyə dəyər statistik göstəricilərdən biri də avtomobillərin sayıdır. 2003-cü ildə Azərbaycanda 512 min ədəd avtomobil vardısa, 2022-cü ildə 1 milyon 420 minə çatıb. 2004-cü ildə hər 100 ailədən 24-də, 2022-də isə 58 avtomobil olub.

Bu gün Azərbaycan İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir. Müasir nəqliyyat-yol infrastrukturunun yaradılmasını qarşıya əsas hədəf kimi qoyan Prezident İlham Əliyev avtomobil yollarının, yol qurğularının açılış mərasimlərində şəxsən iştirak edir, habelə işlərin gedişi ilə tanış olaraq öz dəyərli tapşırıq və tövsiyələrini verir. Dövlətimizin başçısı Qarabağ münaqişəsinin həllinin regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığını bildirib: "Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır".

Azərbaycan turistlərin sevimli məkanına çevrilir.



Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı mühüm sahələrdən biri artıq iqtisadiyyatımızın aparıcı hissəsinə çevrilən turizmdir.

“Turizm hər bir ölkə üçün çox önəmli bir sahədir. Elə ölkələr var ki, onların ümumi daxili məhsulunda əsas hissə turizmlə bağlıdır. Biz də çalışırıq ki, Azərbaycanın turizm imkanlarını genişləndirək və bu istiqamətdə müxtəlif addımlar atırıq”, - deyən Prezident İlham Əliyevin bu istiqamətdə qarşıya qoyduğu hədəfləri həyata keçirmək üçün ölkəmizin hər bir rayonlarında turizm infrastrukturları yaradılır, dünyanın bir çox ölkələrindən turistlər cəlb edilir. Son 20 ildə Azərbaycanın turizm sahəsində böyük uğurlar əldə edib. Ölkəmizdə 2003-cü ildə hotel və digər turizm obyektlərinin sayı 96 idisə, 2022-ci ildə bu rəqəm 727-yə çatıb. Həmçinin 2003-cü ildə turizmin ÜDM-dəki payı 1 % olduğu halda, pandemiyadan əvvəlki dövrdə - 2019-cu ildə bu göstərici 2,4 % təşkil edib. 20 il ərzində turizm sektorunda əlavə dəyər 19 dəfəyədək artıb.

Azərbaycana turist axının təmini üçün görülən işlərə sadələşdirilmiş viza prosedurunun həyata keçirilməsini də qeyd etmək olar. 20 il əvvəl Azərbaycana gələn turistlərin sayı 12 min 205 nəfər olduğu halda, 2022-ci ildə bu rəqəm 1 milyon 602 min 300 nəfər təşkil edib.

Qarabağın işğaldan azad olunması ilə Azərbaycan turizmində yeni mərhələ başlayıb. Bu istiqamətdə də layihələr hazırlanır, icrası məqsədilə tədbirlər görülür. Turizmin inkişaf potensialının üzə çıxarılması və həyata keçirilməsi dövlətin dəstəyi olmadan mümkün deyil. Dövlətimizin başçısı məhz bu potensialın üzə çıxarılması, ölkəmizin mədəniyyətinin, gözəlliklərinin, xalqımızın qonaqpərvərliyinin dünyaya çatdırılması üçün hədəflər müəyyənləşdirir, mühüm tapşırıqlar verir.

Uğurlu sosial siyasət xalqın rifahını daha da yüksəldir.



Ötən 20 ildə Prezident İlham Əliyevin siyasətində xalqın sosial rifahının xüsusi yer tutduğu açıq şəkildə özünü göstərib. Bu dövrdə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində vətəndaşların rifahının yaxşılaşdırılması dayanıb.

Prezident İlham Əliyevin “Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar” fikrində də xalqın rifahının hər şeydən üstün tutulduğu aydın görünür.

Ötən 20 ildə sosial sahədə həyata keçirilən islahatlar və məqsədyönlü tədbirlər əhalinin sosial rifahının dayanıqlı olmasını təmin edib. 2003-cü ildə dövlət büdcəsindən sosial xərclərə 678,2 milyon manat, 2022-ci ildə 11,6 milyard manat yönəldilib. Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsi olaraq, orta aylıq əməkhaqqı 2003-cü ildə 77,4 manat idisə, indi bu rəqəm 900 manatdan artıqdır. Qeyd edilən dövrdə minimum əməkhaqqı 9 manat idisə, 2023-cü ildə bu, 345 manat təşkil edib. 20 ildə orta aylıq pensiya 25 manatdan 423 manata, minimum pensiya isə 20 manatdan 280 manata çatıb. Araşdırmalara əsasən, minimum və orta aylıq pensiyanın Alıcılıq Qabiliyyəti Pariteti (AQP) üzrə MDB ölkələri, Gürcüstan və Ukrayna ilə müqayisədə Azərbaycan birinci və ikinci yeri tutur. Görülən işlər nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsi 2003-cü ildə 44,7 % təşkil edirdisə, 2022-ci ildə 5,5 %-ə qədər azalıb. Əhalinin sağlamlığının qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, səmərəli məşğulluğunun təmin edilməsi və digər istiqamətlərdə sistemli tədbirlər bu gün də davam etdirilir, bu sahəyə yönəldilən vəsaitlərin həcmi ildən-ilə artırılır. Bu illər ərzində 2 milyondan artıq yeni iş yerinin yaradılması sosial siyasətin ən böyük uğurlarındandır. Bunun nəticəsidir ki, əhalinin orta hesabla adambaşına düşən gəlirləri 2003-cü ildəki 707,7 manatdan 6845 manata (2022-ci il üzrə) qədər yüksəlib. Artan gəlirləri əhalinin bank sektoruna qoyduğu əmanətlərin həcmində də görmək mümkündür. Bu əmanətlər son 20 ildə 252 milyon manatdan 11,7 milyard manata çatıb. Ötən 20 ildə 3 200-dən çox məktəb binasının, 750-dən çox tibb müəssisəsinin tikilməsi və ya əsaslı şəkildə təmir edilməsi, 40-dan çox olimpiya mərkəzinin və yüzlərlə müxtəlif idman qurğularının inşası xalqa qayğının göstəricisidir.

Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsi, o cümlədən əlillər, müharibə veteranları, aztəminatlı vətəndaşlar da bu illər ərzində daim diqqət mərkəzində olub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14 mindən artıq mənzil və fərdi ev verilib. "Məşğulluğa Dəstək Layihəsi" ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsində, həssas qrupların kiçik biznesə çıxışının dəstəklənməsində mühüm rol oynayıb. Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də müxtəlif dövlət xidmətlərindən istifadənin təmin edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılmasıdır. Bu məqsədlə 2019-cu ilin may ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) fəaliyyətə başladı. İndiyədək 7 DOST mərkəzi yaradılıb, 2025-ci ilədək mərkəzlərin sayının 17-yə çatdırılması, 55 DOST filialının açılması və bununla da bütün ölkə üzrə xidmətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

DOST mərkəzləri vasitəsilə tam şəffaflıq, vətəndaş məmnunluğu və “bir pəncərə” prinsipi əsasında məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələri də daxil olmaqla 15 istiqamət üzrə 159 xidmət göstərilir. Bu mərkəzlər indiyədək 1,8 milyon nəfərə xidmət göstərib. Vətəndaşların xidmətlərdən məmnunluq dərəcəsi isə 98,2 % təşkil edib. Bütövlükdə, Azərbaycanın iqtisadiyyatın bütün sahələrindəki inkişaf perspektivləri Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hədəflər sayəsində aydın və çoxşaxəlidir. Bu isə Azərbaycanın öz iqtisadi potensialından, idarəetmə resurslarından səmərəli istifadə etməklə yaxın, orta və uzunmüddətli perspektivdə dayanıqlı inkişafını qoruyacağını deməyə əsas verir.


Oxunub: 402
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 09:45 | MN-dən əhaliyə xəbərdarlıq: Təşvişə düşməyin!
    Bu gün, 01:50 | Milli QHT Forumu Rusiyada azərbaycanlıların qətl və zorakılığa məruz qalmasına dair bəyanat yaydı
    Bu gün, 01:45 | Aslan İsmayılov: “Canfəşanlıq edənlər Rusiyanı özünə vətən sayan, Azərbaycanda ucuz şoular hesabına “xeyriyyəçi” kimi tanınanlardır”
    Bu gün, 01:08 | Bu gündən Azərbaycanda qohum evliliyi qadağan edilir
    Bu gün, 01:03 | Kanada Rusiyanın dondurulmiş aktivlərindən Kiyevə milyardlarla dollar verib
    Bu gün, 00:22 | Rusiyada daha bir zorakılıq: Bu dəfə qadını döydülər - Video
    Dünən, 23:15 | Ali Radanın deputatı: "Yekaterinburqdakı hadisələr Rusiyanın ksenofob imperiya olduğunun sübutudur"
    Dünən, 22:33 | Ərdoğan Azərbaycan xalqına təşəkkür etdi
    Dünən, 22:26 | "Haber Global": "Rusiyada azərbaycanlılara qarşı qeyri-insani davranış göstərilir" - VİDEO
    Dünən, 22:04 | Rusiyanın güc strukturlarının əməkdaşları yenidən Yekaterinburqdakı "Baku Plaza"ya gəliblər
    Dünən, 21:20 | Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO (Yenilənib)
    Dünən, 21:18 | Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
    Dünən, 20:45 | Hərbi prokuror Azərbaycan sərhədinə getdi
    Dünən, 20:43 | Rus təyyarəsini Çinə qaçıran azərbaycanlı – Putinin partiyasındadır
    Dünən, 20:40 | Azərbaycanla Ukrayna arasında konsulluq məsləhətləşmələri aparıldı, protokol imzalandı
    Dünən, 20:37 | Məşhur şirkətin kərə yağından sellofan çıxdı - VİDEO
    Dünən, 18:53 | Bakıda narkotacirlər polisə bıçaq çəkdi - 1 ölü, 2 saxlanılan
    Dünən, 18:48 | Tehran və Kreml Bakıya qarşı sinxron təxtibat üçün razılaşıblar? - Politoloq
    Dünən, 18:39 | Ermənistanda vəziyyət gərginləşir: Paşinyan kilsəni zərərsizləşdirə biləcək?
    Dünən, 18:13 | DİN-dən "Sputnik Azərbaycan"da keçirilən əməliyyatla bağlı AÇIQLAMA - VİDEO
    Dünən, 18:03 | Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? - DOSYE
    Dünən, 17:39 | Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı
    Dünən, 17:32 | Bəylər Eyyubov vəzifəsindən azad edildi - Bu posta gətirildi
    Dünən, 15:01 | Rusiya nə tələb edib, Azərbaycan nədən imtina edib?
    Dünən, 14:58 | Azərbaycanda məktəbli formalarının YENİ QİYMƏTLƏRİ açıqlandı
    Dünən, 14:46 | Moskalkova Yekaterinburqda saxlanılan azərbaycanlılarla bağlı müraciət etdi
    Dünən, 14:39 | Rusiyanın maskası cırıldı: Müttəfiqlik, yoxsa hərbə-zorbalıq?
    Dünən, 14:30 | Müddətli əmək müqaviləsi ilə ikinci iş yerində çalışmaq istəyən müəllimlərin nəzərinə!
    Dünən, 14:28 | Mirzoyan Lavrovu Ermənistanın daxili işlərinə qarışmamağa çağırıb
    Dünən, 14:20 | Yekaterinburqda amansızlıqla öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verildi
    Dünən, 10:49 | İşə Rəhimov qarışdı: Bütün imkanlarımdan və nüfuzumdan istifadə edəcəyəm
    Dünən, 10:01 | Azərbaycanda qadınların pensiya yaşı ARTIRILIR
    Dünən, 09:49 | Bu gün Milli Sevgililər Günüdür
    Dünən, 09:45 | YEKATERİNBURQ DƏHŞƏTİ: Şovinizm, milli ayrı-seçkilik Rusiyanın dövlət siyasətinə çevrilir
    Dünən, 09:41 | "Azərbaycana həm şimaldan, həm cənubdan təzyiq edilir" – Aqil Rüstəmzadə
    Dünən, 09:38 | Dünyada ən populyar kişi və qadın adı: Biri İslam, biri Xristian..
    Dünən, 09:34 | Ağdamda mina partlaması nəticəsində xəsarət alan şəxsin ayağı amputasiya edilib
    Dünən, 09:25 | Rüşvət alan məktəb direktoru yenidən məhkəmə qarşısında
    Dünən, 09:24 | Sabahdan Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilir
    29-06-2025, 23:37 | “Rusiyada miqrantlara qarşı qəddarlığın səbəbi Ukraynadakı uğursuzluqlarıdır” - Xaləddin İbrahimli
    29-06-2025, 23:19 | Aqrar xərclər durmadan artır: Bu vəziyyət fermerlərə necə təsir edir?
    29-06-2025, 23:12 | Komitə: "Saxta "Telegram" kanalının məlumatı Rusiyadakı soydaşlarımıza qarşı təxribatdır"
    29-06-2025, 22:21 | KASIBLIQ İNSANI AXMAQLAŞDIRIR: Yekaterinburq qətliamı sonrası düşüncələr
    29-06-2025, 22:07 | “OMON ÖZBAŞINALIĞI”, YOXSA SİYASİ SİFARİŞ? – Rusiyadakı azərbaycanlılar növbəti təxribatlarla üzləşə bilər
    29-06-2025, 21:33 | Deputat: Miqrantlara qarşı amansız münasibət, islamofobiya Rusiyanın dövlət siyasəti səviyyəsinə qalxıb
    29-06-2025, 18:34 | Kremlin Azərbaycana “təşəkkürü” – Yekaterinburq SİNDROMU
    29-06-2025, 18:28 | Xamenei və onun Azərbaycanla müharibəsi
    29-06-2025, 18:21 | Pirşağıda güclü yanğın başladı
    29-06-2025, 18:19 | “Kəpəz”də iki yeni müqavilə
    29-06-2025, 18:00 | Azərbaycan parlamentinin nümayəndə heyəti o iclasda iştirak etməyəcək - Rusiyaya səfər ləğv edildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.