"Qarabağ" SSKA-ya qarşı
Bu gün UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" da meydana çıxacaq. Qurban Qurbanovun komandası Bakıda Bolqarıstanın SSKA klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq Komandalar iyulun 30-da Sofiyada cavab matçına çıxacaqlar. Qeyd edək ki, bu cütün qalibi 3-cü mərhələdə “Şerif” (Moldova) – “Makkabi” (Tel-Əviv, İsrail) cütünün güclüsü ilə qarşılaşacaq. 23 iyul UEFA Avropa Liqası 2-ci təsnifat mərhələsinin ilk iyunu 20:00."Qarabağ" (Azərbaycan) - SSKA (Bolqarıstan) Baş hakim: Daniele Çiffi (İtaliya) Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Oxunub: 26
Xəbəri paylaş
Paylaş:





















