Konfrans Liqası: "Neftçi" "Dinamo"ya ya məğlub oldu
“Neftçi” 2026/27 mövsümündə UEFA Konfrans Liqasındakı mübarizəyə başlayır. Mediaxeberleri.Az xəbər verir ki, “ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk “Dinamo”su ilə üz-üzə gəlir. Hazırda “Dinamo” 14 turdan sonra Belarus çempionatının lideridir. Bakıdakı “8-ci kilometr” stadionunda keçiriləcək görüş yerli vaxtla saat 20:00-da başlayıb. Komandalar arasında cavab matçı isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək. Xatırladaq ki, “Neftçi” avrokuboklarda (Konfrans Liqası) sonuncu dəfə 2023/24 mövsümündə çıxış edib. Əlavə edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi “Zirə” isə növbəti oyununu sabah Estoniyada yerli “Payde”yə qarşı keçirəcək. 20:00. "Neftçi" - "Dinamo" - 2:4 Qollar: Emin Mahmudov, 2, İqor Ribeyro, 8 - Karen Vardenyan, 36, 57, Yevgeni Malaşeviç, 47, Quljiqit Alıkulov, 77 Baş hakim: Kostas Fellas, Kipr





















