Traktorla hərəkət edən zaman övladını görməyib üzərindən keçdi - VİDEO
Ata ehtiyatsızlıq edərək öz qızını traktorla əzib. Bədbəxt hadisə Zərdabda Qoruqbağı kəndi ərazsində qeydə alınıb. Belə ki,kənd sakini Yaqub Kərimli özünə məxsus ot bağlayan aqreqatı arxaya verərkən ehtiyyatsızlıq edərək qızı 3 yaşlı Əsma Kərimlinin üzərindən keçib.Ağır bədən xəsarətləri alan azyaşlı elə hadisə yerindəcə dünyasını dəyişib. Məlumata görə, ailənin 4 uşağı var. əsma ailənin 3-cü övladı olub. Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub və azyaşlının meyiti ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı Zərdab rayon prokurorluğunda araşdılrmalara başlanılıb. Mediaxeberleri.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















