UEFA Çempionlar Liqası: "Sabah" minimal hesabla "KuPS"-a qalib gəldi
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sabah" - "KuPS" qarşılaşması start götürüb. Mediaxeberleri.Az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən “Sabah” öz meydanında Finlandiya çempionu "KuPS"u qəbul edir. 20:00-da start götürən görüşü Polşadan olan hakimlər briqadası idarə edir. Tərəflər arasında cavab oyunu bir həftə sonra Finlandiyada keçiriləcək. Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək. 21 iyul UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsi, ilk oyun 20:00. “Sabah” (Azərbaycan) - "KuPS" (Finlandiya) - 1:0 (İkinci hissə) Qol: Velko Simiç, 45+1 Baş hakim: Lukaş Kujma (Polşa)
Masazır stadionu





















