İspaniya DÇ-2026-nın qalibi oldu
Futbol üzrə dünya çempionatının finalında İspaniya millisi tarix yazıb. Mediaxeberleri.Az xəbər verir ki, həlledici görüşdə İspaniya yığması Argentina millisindən üstün olaraq dünya çempionu adını qazanıb. ABŞ-nin Nyu-Cersi ştatının İst-Ruterford şəhərində yerləşən "MetLife" stadionunda keçirilən qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə başa çatıb. Əlavə vaxtda İspaniya millisinin futbolçusu Ferran Torres 116-cı dəqiqədə fərqlənərək komandasını önə keçirib. Bu qol İspaniyaya dünya çempionluğu sevincini yaşadıb. Argentina isə turniri ikinci pillədə başa vurub. DÇ-2026, final 23:00 İspaniya - Argentina - 1:0 Qol: Ferran Torres, 105 Qırmızı vərəqə: Enzo Fernandes, 90+3 (Argentina)
Oxunub: 134
Xəbəri paylaş
Paylaş:





















