Argentina DÇ-2026-nn finalında
Bu gün DÇ-2026-da 2-ci finalçının da adına aydınlıq gəlib. Mediaxeberleri.Az xəbər verir ki, İngiltərə "Atlanta Stadium"da son çempion Argentina ilə qarşılaşıb. Görüş Argentinanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Lionel Skaloninin komandası əvvəlcə hesabda geri düşsə də, daha sonra 2 qol vuraraq qalib gəlib və fnala yüksəlib. Beləliklə, DÇ-2026-nın finalında Argentina İspaniya ilə üz-üzə gələcək. Qeyd edək ki, final oyunu iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. DÇ-2026, yarımfinal 15 iyul 23:00. İngiltərə - Argentina - 1:2 Qollar: Entoni Qordon, 55 (1:0), Enzo Fernandeş, 85 (1:1), Lautaro Martinez, 90+2 (1:2) 14 iyul Fransa - İspaniya - 0:2
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















