Bakıya müharibə elanı: Separatçılar ordumuzu hansı sistemlərlə izləyir?
Xankəndidəki separatçılar Azərbaycan Ordusunun hərəkət istiqaməti ilə bağlı yaydığı videogörüntülərlə Bakının “eskalasiyaya hazırlaşdığı”nı isbatlamaq, özlərinin silahlanması, yeni atəş mövqeləri hazırlaması ilə bağlı faktları arxa plana keçirmək istəyirlər: ordumuzun suveren ərazilərimizdə istənilən istiqamətdə hərəkət etmək hüququ bu cəhdin heç nəyə yaramayacağını deməyə əsas verir; 10 funksiyanı eyni vaxtda yerinə yetirən sistemlər 24 saat ərzində işləyir, izləmə traektoriyasındakı bütün hərəkətlər haqda informasiya toplaya bilir. Bu məlumat rəsmi təsdiqini tapmasa da, erməni diasporu/lobbisinin güclü olduğu ABŞ-dan belə bir sistem əldə etdikləri istisna deyil. Mümkündür ki, bu sistemlər hələ də separatçıların əlində qalıb və izləmə prosesi onlar vasitəsilə aparılır.
Lakin separatçıların belə bir görüntü yayması Azərbaycan Ordusunu izləmək üçün texniki imkanlara sahib olduqlarını da ortaya çıxarır. 2017-ci ildə Ermənistan mediasında Qarabağa ABŞ istehsalı olan izləmə sistemlərinin yerləşdirildiyinə dair məlumatlar yayılmışdı. Məlumatlara görə, bu sistemlər ABŞ-dan Ermənistan ordusunun istifadəsi üçün alınıb, lakin Qarabağda keçmiş “təmas xətti”nə yerləşdirilib.
Separatçılar bu görüntülərlə “Azərbaycan ordusunun hərəkətlərini nəzarətdə saxladıqları”nı da göstərmək istəyirlər. Ki, bu, Bakıya qarşı müharibə elanı kimi də qəbul edilə bilər, çünki bu görüntülər suveren ərazilərimizdə ordumuza qarşı təhdidin nə qədər real olduğunun da isbatıdır.
Asif Nərimanlı