Bu ölkə avrokubok matçını Azərbaycanda keçirəcək
Belarusun BATE klubu UEFA Konfrans Liqasında ev oyunlarını Azərbaycanda keçirəcək. Mediaxeberleri.Az Qol.az-a istinadən xəbər verir ki, Borisov təmsilçisi ev arenası kimi Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunu sifariş edib. BATE Konfrans Liqasındakı rəqiblərini məhz bu stadionda qəbul edəcək. Qeyd edək ki, BATE Konfrans Liqasına 1-ci təsnifat mərhələsindən qoşulacaq. Bu mərhələnin püşkatma mərasimi iyunun 16-da keçiriləcək. Oyunlar isə iyulun 9-u və 16-da baş tutacaq. Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar UEFA Belarus komandalarına doğma meydanda oyun keçirmək qadağası qoyub.
Oxunub: 35
Xəbəri paylaş
Paylaş:





















