"Sabah" "İmişli"yə, "Turan Tovuz" "Zirə"yə qalib gəldi
Misli Premyer Liqasında 6-cı tur davam edir. Mediaxeberleri.Az xəbər verir ki, ikinci oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb. Əvvəlcə turun mərkəzi görüşündə “Turan Tovuz” öz meydanında “Zirə”ni qəbul edib. Görüş Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Digər matçda isə “Sabah” “İmişli”ni sınağa çəkib. Qarşılaşma "Sabah"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Misli Premyer Liqası VI tur 19 sentyabr (şənbə) 19:45. “Sabah” - “İmişli” - 3:1 Qollar: Sadiq Məmmədzadə, 20-avtoqol (1:0), Umarali Raxmonaliyev, 35 (2:0), Ronaldo de Souza, 90 (2:1), Kahim Parris, 90+5 (3:1) Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Rəşad Əhmədov, Rauf Cabarov (VAR), Tərlan Talıbzadə (AVAR) 17:30. “Turan Tovuz” - “Zirə” - 1:0 Qol: Filip Damyanoviç, 90+6 20 sentyabr (bazar) 16:30. “Şamaxı” - “Araz-Naxçıvan” 19:00. “Kəpəz” - “Sumqayıt” 18 sentyabr (cümə) “Qəbələ” - “Neftçi” - 0:3 “Qarabağ” - “Şəfa” - 1:0 Bombardirlər: Breno Almeyda (“Neftçi”) - 7 qol Coy-Lens Mikels (“Sabah”) - 4 qol
Qırmızı vərəqə: Luis Silvestr, 90+2 ("İmişli")
“Bank Respublika Arena”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Nicat İsmayıllı, Əli Əliyev (VAR), Cəmil Quliyev (AVAR)
Tovuz şəhər stadionu





















