"Turan Tovuz" "Karvan-Yevlax"a, "Neftçi" "Şamaxı"ya qalib gəldi
Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, sonuncu oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb. Əvvəlcə “Turan Tovuz” öz meydanında “Karvan-Yevlax”ı qəbul edib. Matç Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Tovuz klubu 59 xalla 3-cü, Yevlax təmsilçisi isə 14 xalla 12-ci, sonuncu pillədə qərarlaşıb. Beləliklə, Tovuz təmsilçisi növbəti mövsümdə ölkəmizi avrokuboklarda təmsil edəcək komandalardan biri olacaq. "Karvan-Yevlax" isə gələn mövsüm birinci liqada mübarizə aparacaq. Cari mövsüm tərəflər arasında baş tutan oyunlarda “Turan Tovuz” üstündür. Kurban Berdıyevin komandası ilk dövrədə 2:1, ikincidə isə 1:0 hesablı qələbə qazanıb. Tura “Neftçi” - “Şamaxı” matçı ilə yekun vurulub. Matç "ağ-qaralar"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt klubu 53 xalla 4-cü, bölgə təmsilçisi isə 35 xalla 8-ci pillədədir. “Neftçi” və “Şamaxı” arasında ilk iki dövrədə keçirilən matçlarda qalib aşkarlanmayıb - 1:1 və 2:2. 10 may 19:30. “Neftçi” - “Şamaxı” - 3:0 Qol: Emin Mahmudov, 1, İmad Faraj, 47, Breno Almeyda, 83 Baş hakim: Tural Qurbanov “Palms Sports Arena” 17:00. “Turan Tovuz” - “Karvan-Yevlax” - 1:0 Qol: Ayxan Hüseynov, 45+1 Baş hakim: Əkbər Əhmədov Tovuz şəhər stadionu Başa çatan oyunların nəticələri “İmişli” - “Zirə” - 0:0 “Sabah” - “Kəpəz” - 0:1 “Sumqayıt” - “Araz-Naxçıvan” - 2:1 “Qəbələ” - “Qarabağ” - 1:1 Coy Lens Mikels (“Sabah”) - 19 qol Bassalu Sambu ("Neftçi") - 11 qol Velko Şimiç (“Sabah”) - 11 qol Emin Mahmudov ("Neftçi") - 10 qol Joarlem Santos ("Turan Tovuz") - 10 qol Ba-Muaka Simakala ("Araz-Naxçıvan") - 9 qol Aleksandr Ramalinqom ("Sumqayıt") - 9 qol Karim Rossi ("Şamaxı") - 9 qol Leandro Andrade ("Qarabağ") - 9 qol

Bombardirlər:





















