"Real Madrid" azarkeşləri üçün Kilian Mbappe ilə bağlı GÖZLƏNİLMƏZ XƏBƏR
"Real Madrid" futbol klubunun fransalı hücumçusy Kilian Mbappe İspaniya çempionatının 35-ci turu çərçivəsində "Barselona"ya qarşı keçiriləcək səfər oyununun iştirak ərizəsinə daxil edilməyib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xatırladaq ki, daha əvvəl Mbappenin sol ayağının əzələsindən zədə aldığı bildirilmişdi. 27 yaşlı Mbappe hazırda 24 qolla İspaniya çempionatının ən yaxşı bombardiridir. Ümumilikdə, bu mövsüm klub səviyyəsində müxtəlif turnirlərdə 41 oyuna çıxan fransalı futbolçu 41 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard cari mövsümdə komandasının ən yaxşı bombardirləri siyahısına başçılıq edir. Hazırda "Barselona" İspaniya çempionatının turnir cədvəlində liderdir, "Real" isə ikinci pillədə qərarlaşıb. Komandaların aktivində müvafiq olaraq 88 və 77 xal var. Bazar günü keçiriləcək görüşün Moskva vaxtı ilə saat 22:00-da başlaması planlaşdırılır. "Barselona" qarşıdakı matçda məğlub olmasa, ölkə çempionu adını qazana bilər





















