FİFA “Qarabağ”a da transfer qadağası tətbiq etdi
FİFA “Qarabağ” futbol klubuna transfer qadağası tətbiq edib. Mediaxeberleri.Az xəbər verir ki, qərara əsasən, Ağdam təmsilçisi 3 transfer pəncərəsi vaxtı yeni oyunçu qeydiyyata ala bilməyəcək. “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Teleqraf-a açıqlamasında bununla bağlı rəsmi məktub daxil olmadığını deyib: "Problemli məsələ olduğunu düşünmürük. Həftəsonudur, bazar ertməsi məsələ tam aydınlaşar. Hər hansı problemli məsələmiz yoxdur". Qeyd edək ki, FİFA bu yaxınlarda “Neftçi”yə də eyni qadağanı tətbiq etmiş, sonradan problem aradan qaldırılmışdı.
Oxunub: 44
Xəbəri paylaş
Paylaş:





















