"Qarabağ" Qəbələdə büdrədi
Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, "Qarabağ" səfərdə "Qəbələ"nin qonağı olub. Qəbələ şəhər stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Qarabağ"ın qolunu 29-cu dəqiqədə Kadi Borges vurub. "Qəbələ"nin heyətində isə 57-ci dəqiqədə İsmael Akinade fərqlənib. Bu nəticədən sonra "Qarabağ" 63 xalla 2-ci, "Qəbələ" 21 xalla 11-ci yerdə qərarlaşıb. Qeyd edək ki, turun ötən gün baş tutan görüşlərində "Kəpəz" "Sabah"a 1:0 hesabı ilə qalib gəlib, "İmişli" isə "Zirə" ilə qolsuz heç-heçə edib.
Oxunub: 47
Xəbəri paylaş
Paylaş:





















