"Kəpəz" "Sabah"a qalib gəldi, "Zirə" xal itirdi
Misli Premyer Liqasında 31-ci tura start verilib. Mediaxeberleri.Az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Əvvəlcə avrokuboklar uğrunda mübarizəsini davam etdirən "Zirə" 9-cu pillədə qərarlaşan "İmişli"nin qonağı olub. Oyun 0:0 hesabı ilə yekunlaşıb. Komandaların ilk iki dövrədəki oyunlarının heç birində qalib müəyyənləşməyib - 1:1, 0:0. Günün digər matçında isə artıq 29-cu turda çempionluğunu rəsmiləşdirən "Sabah" Premyer Liqada qalmaq üçün çalışan "Kəpəz"i qəbul edib. Oyunda Gəncə təmsilçisi qələbə qazanıb - 1:0. Bu komandaların ilk iki dövrədə keçirilən oyunlarında "Sabah" qalib gəlmişdi - 3:1, 1:0. 8 may Misli Premyer Liqası, 31-ci tur 19:30 "Sabah" – "Kəpəz" - 0:1 Qol: Rəhman Hacıyev, 46 16:30 "İmişli" – "Zirə" - 0:0 9 may (şənbə) 17:00.“Qəbələ” – “Qarabağ” 10 may (bazar) 17:00.“Turan Tovuz” – “Karvan Yevlax” 19:30“Neftçi” – “Şamaxı” Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 19 qol Bassalu Sambu ("Neftçi") - 11 qol Velko Şimiç (“Sabah”) - 11 qol Joarlem Santos ("Turan Tovuz") - 10 qol Emin Mahmudov ("Neftçi") - 9 qol Karim Rossi ("Şamaxı") - 9 qol
Baş hakim: Elvin Bayramov
“Bank Respublika Arena”
Baş hakim: Kamranbəy Rəhimov
Quba OİK stadionu
19:30.“Sumqayıt” – “Araz-Naxçıvan” 





















