"Araz-Naxçıvan"ı darmadağın edən "Turan Tovuz" tarixinə iki yubiley yazdı
Misli Premyer Liqasının 28-ci turunda "Araz-Naxçıvan"la oyun "Turan Tovuz"un tarixinə iki yubileylə düşüb. Mediaxeberleri.Az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Qərb təmsilçisi Premyer Liqada 25-ci dəfə səfərdə qalib gəlib. Yubiley qələbəsi 69-cu matça təsadüf edib. Tovuz klubu turnirin tarixində 25 və daha çox səfər qələbəsi qazanan 20-ci komanda olub. İlk belə nəticə 2022/2023 mövsümünə təsadüf edib. "Turan Tovuz" 2022-ci il avqustun 13-də "Səbail"in meydanından 3 xalla dönüb - 1:0. "Araz-Naxçıvan"la görüş həm də tovuzluların Premyer Liqada 10-cu böyükhesablı qələbəsi kimi yadda qalıb. Evdə 4 dəfə üç və ya daha çox top fərqinə sevinən "Turan Tovuz" səfərdə 6-cı uğurunu əldə edib. İlk belə qələbə 2023-cü il mayın 5-də "Neftçi" ilə ev matçında qazanılıb - 4:0. Xatırladaq ki, "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib.





















