Ayxan Hacıyev ikinci dəfə Azərbaycan çempionu olub
Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının təşkilatçılığı ilə 18-19 aprel 2026-cı il tarixlərində qol güləşi idman növü üzrə ölkə birinciliyi və çempionatı keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, yarış Sərhədçi Olimpiya İdman Mərkəzində baş tutub. Yarışda ölkənin müxtəlif bölgələrindən olan idmançıları bir araya gəlib. Çempionat çərçivəsində iştirakçılar müxtəlif çəki dərəcələri üzrə mübarizə apararaq öz güclərini sınayıblar. Gərgin və maraqlı mübarizənin gözlənildiyi yarışda qaliblər müəyyən edilərək mükafatlandırılıblar. Azarkeşlər bu güc və iradə dolu qarşılaşmaları canlı olaraq izləyə bilib. Yarışda Ağstafalı Ayxan Şükran oğlu Hacıyev 105 kq çəki dərəcəsində (həm sağ, həm də sol) mübarizə apararaq ikiqat Azərbaycan çempionu adını qazanıb. Ölkə birinciliyinin qalibləri diplom və medallarla təltif olunub. 





















