Çempionlar Liqasında son yarımfinalçılar MƏLUM OLDU
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, beləliklə, son 2 yarımfinalçının da adına aydınlıq gəlib. Bu axşam 4 köklü komanda meydana çıxıb. Maraqla gözlənilən qarşılaşmalardan biri Münhendə olub. “Bavariya” ötən həftə qalib gəldiyi “Real”ı qəbul edib. Bu dəfə rəqibini 4:3 hesabı ilə məğlub edən "Bavariya" mərhələni adlayıb. Münhen klubu 1/2 finalda PSJ ilə üz-üzə gələcək. Londonda isə “Arsenal” 1 həftə əvvəl məğlub etdiyi “Sportinq”lə qarşılaşıb. Oyunda qol vurulmayıb və "Arsenal" növbəti mərhələyə yüksəlib. London klubu yarımfinalda “Atletiko”ya rəqib olub. Qeyd edək ki, 1/2 finalın ilk oyunları 28-29 aprel, cavab matçları isə 5-6 may tarixlərinə nəzərdə tutulub. 15 aprel UEFA Çempionlar Liqası, 1/4 finalın cavab oyunları 23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya) - 4:3 Qollar: Pavloviç, 5, Keyn, 38, Diaz, 89, Olise, 90+4 - Güler, 1, 29, Mbappe, 42 23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) - 0:0 14 aprel "Liverpul" (İngiltərə) - PSJ (Fransa) - 0:2 "Atletiko" (İspaniya) - "Barselona" (İspaniya) - 1:2 Yarımfinal PSJ - "Bavariya" "Atletiko" - "Arsenal"
İlk oyun - 2:1
İlk oyun - 1:0
İlk oyun - 0:2
İlk oyun - 2:0





















