İki idarə rəisini vəzifədən azad etdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki idarə rəisi vəzifələrindən azad olunub. Mediaxeberleri.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüsal Nəsirli müvafiq əmrlər imzalayıb. Belə ki, Elşən Cəfərov Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən, Cavanşir Quliyev isə İşlər və Komplektləşdirmə İdarəsinin rəisi vəzifəsindən azad ediliblər. Qurumun Çağrı Mərkəzindən hər iki idarə rəisinin işdən çıxdığı təsdiqlənib.
Oxunub: 69
Xəbəri paylaş
Paylaş:





















