UEFA Çempionlar Liqası: "Barselona" "Atletiko Madrid"ə, "Liverpul" isə PSJ-yə uduzdu
Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, 2-ci oyun günündə daha iki qarşılaşma keçirilib. Görüşlərin hər biri azarkeşlər tərəfindən maraqla gözlənilirdi. Belə ki, PSJ evdə "Liverpul"u qəbul edib. Görüş Paris klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Digər matçda isə "Barselona" evdə "Atletiko" ilə üz-üzə gəlib. Qarşılaşmada qonaqlar 2:0 hesabı ilə qalib gəliblər. Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları 14 və 15 apreldə keçiriləcək. UEFA Çempionlar Liqası, 1/4 final, ilk oyunlar 8 aprel 23:00. PSJ (Fransa) - "Liverpul" (İngiltərə) - 2:0 Qollar: D.Due, 11. Kvaratsxeliya, 65. 23:00. "Barselona" (İspaniya) - "Atletiko" (İspaniya) - 0:2 Qollar: X.Alvares, 45. Şörlot, 70. Qırmızı vərəqə: Pau Kubarsi, 44 ("Barselona") 7 aprel "Real" (İspaniya) - "Bavariya" (Almaniya) - 1:2 "Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə) - 0:1





















