Vüsal Nəsirli qaynını müşaviri təyin etdi
Mahmud Məmməd oğlu Məmmədəliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. Mediaxeberleri.Az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmr imzalayıb. O, bu təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri olub. Qeyd edək ki, müşavir təyin edilən M.Məmmədəliyev Vüsal Nəsirlinin qaynıdır. Daha bir maraqlı məqam ondan ibarətdir ki, Mahmud Məmmədəliyev Vüsal Nəsirlinin məhz əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olduğu vaxtda, 2019-cu ildə ƏƏSMN-də şöbə müdiri vəzifəsinə təyin edilmişdi. Xatırladaq ki, Vüsal Nəsirli təxminən 2 ay əvvəl - 6 fevral 2026-cı ildə AAYDA-nın rəhbəri təyin olunub.





















