Mediaxeberleri.az
    
  • Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
    Nigar Fərhadla bağlı yeni şikayət: "8500 manat verdik, nə pulumuzu qaytardılar, nə də universitetə qəbul ola bildik
  • 
  • Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
    Ağstafada Yeni Azərbaycan Partiyasının veteranı Akif Abbasovun anadan olmasının 85 illik yubileyi qeyd olunub - FOTOLAR
  • 
  • Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
    Polad Bülbüloğlunun xanımı Əməkdar artist imiş - FOTO
  • 
  • Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
    Gömrük generalının adından DƏLƏDUZLUQ - DETALLAR
  • 
  • Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
    Azərbaycanlıların qatili Məmmədəli Əliyevin aqibəti...
  • 
  • TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
    TƏHSİL HAQQINI ARTIRAN UNİVERSİTETLƏR... - Bu ali məktəblərə 3-6 min ödəməyə dəyərmi?
  • 
  • “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
    “PAŞİNYAN VAXT UDUR, İRAN NARAHATDIR, RUSİYA İSƏ...”– "İqtisadi azadlıqlar genişləndirilməli, sərhədlər açılmalıdır ki..."
  • 
  • Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
    Ağacları qanunsuz kəsənlər yaşıllıqlara 49 400 manat ziyan vurdular
  • 
  • Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
    Razi Nurullayev: “Yalvarır ki, arvadım başqası ilə yaşayır, onu mənə qaytar!” - VİDEO
  • 
  • Şükufə Yusupovadan xəbər var
    Şükufə Yusupovadan xəbər var
  • 
  • Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
    Soyuq qarpız yaşlılar üçün ölümdür - Professor açıqladı
  • 
  • Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
    Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
  • 
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto

Son xəbərlər :
  • Əməkdar artist komaya düşdü
  • "Neftçi"dən inamlı qələbə, "Qarabağ" "Şəfa"ya qarşı
  • Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
  • Icra başçısı şəhid ailəsinin arzusunu yerinə yetirdi
  • Sel və daşqın gözlənilir - Xəbərdarlıq
  • Ağstafada “Dövlət Suverenliyi Günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
  • Kuşnerdən Putinə Kremldə sərt sözlər - Sensasiya
  • Ukrayna AB-dən 3.3 milyard avro aldı
  • Britaniya səfiri Rusiya XİN-ə çağırıldı
  • Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...
  • İranda uşaqlar hərbi təlimə cəlb edildi – Video
  • Azərbaycan kubokunun püşkü atıldı: "Ağstafa Gəncləri" də mübarizə aparacaq
  • Suraxanı Rayon İcra Hakimiyyətinin və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə və 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib
  • Sadıqova 21 minlik stəkan alan rəisin məhkəməsi başladı
  • Çindən alnan yeni lokomotivlərin sürəti...
  • Rus ordusu bu gün də iki kəndi işğal etdi
  • Paşinyanın maaşı kəskin artdı: ayda bu qədər alacaq
  • Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyənlər üçün imtahan keçiriləcək - Tarix açıqlandı
  • Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
  • Bakıda iş saatları dəyişdirilir - Yalnız bu halda...
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

AZƏRBAYCANI GÖZLƏYƏN İQLİM FƏLAKƏTİ... – Ekoloqdan HƏYƏCAN SİQANLI

  • Tarix: 27-03-2026, 21:51

Ümumdünya Meteorologiya Təşkilatı qlobal istiləşmənin artıq real və ciddi nəticələr doğurduğunu bildirir. Məsələn, Arktika bölgəsində buzlaqların sahəsi tarixdə görünməmiş səviyyədə kiçilib.

Bəs Xəzər hövzəsində iqlim dəyişikliyi özünü necə göstərir? Azərbaycan üçün bu prosesin yaratdığı əsas iqlim təhlükələri hansılardır?



Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında ekoloq Sevil Yüzbaşova deyib ki, bu ay keçirilən BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) iclasında açıqlanan Ümumdünya Meteorologiya Gününə həsr olunmuş illik hesabatda bildirilib ki, Yer kürəsində iqlim dəyişkənliyi kritik həddə çatıb.

İqlimoloqlar qeyd ediblər ki, istixana qazlarının yüksək konsentrasiyası atmosferi və okeanları istiləşdirməyə davam edir və qlobal istiləşmə artıq Arktika dəniz buzlarının rekord dərəcədə azalmasına səbəb olub.

Hesabatda deyilir: “Bu sürətli dəyişikliklər cəmi bir neçə onillik ərzində baş verib, lakin yüzlərlə və potensial olaraq minlərlə il ərzində mənfi nəticələrə səbəb olacaq”.

Hesabatda həmçinin bildirilib ki, Yer kürəsinin iqlimi hazırda ən qeyri-sabit vəziyyətdədir.

Sevil Yüzbaşova bildirib ki, hazırda dünyada və Azərbaycana qonşu olan ölkələrdə iqlimə acı təsirləri olan çox ağır müharibə gedir. Müharibə ətraf mühitə kompleks şəkildə və eləcədə dağıdıcı təsir göstərir ki, bu da iqlim dəyişikliyini əhəmiyyətli dərəcədə sürətləndirir və ekoloji böhranları daha da ağırlaşdırır:


“Hərbi əməliyyatlar, avadanlıqların istismarı, partlayışlar və yanğınlar çoxlu miqdarda istixana qazlarının buraxılmasına səbəb olur. İnfrastrukturun (silah istehsal edən zavod, fabriklər, anbarlar) dağılması zəhərli emissiyaların artmasına səbəb olur, ekosistemlər məhv edilir. Müharibələr meşələrin məhv olmasına, qorunan ərazilərdə yanğınlara və heyvanların ölümünə səbəb olur ki, bu da təbiətin karbonu udma qabiliyyətini azaldır. Neft və qaz boru kəmərlərinin, eləcə də enerji qurğularının zədələnməsi metan və digər çirkləndiricilərin atmosferə sızmasına səbəb olur ki, bu da istixana effektini artırır. İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün lazım olan maliyyə və siyasi resurslar hərbi ehtiyaclara yönəldilir və bu da qlobal dekarbonizasiya səylərini ləngidir. Silahlı münaqişələr bölgələri quraqlıq və daşqınlar kimi ekstremal hava hadisələrinə daha həssas edir ki, bu da öz növbəsində ərzaq təhlükəsizliyinə təsir göstərir. Biz bu müharibənin mənfi təsirlərini bundan sonra daha çox hiss edəcəyik. Müharibə ekoloji problemləri planet üçün uzunmüddətli təhdidlərə çevirir, davamlı inkişafa keçidi ləngidir və atmosferdə istixana qazlarının konsentrasiyasını artırır.

Azərbaycan iqlim dəyişikliyindən birbaşa təsirlənən regionlardan biridir. Azərbaycan üçün ən böyük iqlim riskləri əsasən istiləşmə, səhralaşma, su ehtiyatlarının azalması və ekstremal hava hadisələrinin artması ilə bağlıdır. Bizim və dünya üçün əsas iqlim riskləri kimi orta illik temperaturun artması, quraqlıq günlərinin artması, Xəzər dənizinin səviyyəsinin enməsi, buzlaqların əriməsi, su ehtiyatlarının azalması və aridləşmə (quraqlıq), meşə ehtiyatlarının azalması və s göstərə bilərik”.



Ekoloq qeyd edib ki, statistikaya görə, temperaturu 30°C-dən yuxarı olan günlərin sayı əvvəlki illərlə müqayisədə təxminən 18% artıb. Ölkədə olan yüksək dağlıq ərazilərdə buz ehtiyatlarının azalması, buzlaqların əriməsi su ehtiyatlarının azalmasına və uzunmüddətli su qıtlığı təhlükəsinə yol açır:

“Su resurslarının azalması kənd təsərrüfatı və ekosistemlər üçün böyük təhlükə yaradır. İqlim dəyişikliyi meşə sahələrinin azalmasına və biomüxtəlifliyə də mənfi təsir göstərir. Bu amillər, xüsusilə su çatışmazlığı və kənd təsərrüfatı sahəsində ciddi iqtisadi və ekoloji problemlərə səbəb ola bilər. İqlim dəyişikliyi həmçinin Xəzər regionuna əhəmiyyətli dərəcədə təsir göstərir. Bu, əsasən dəniz suyun səviyyəsinin aşağı düşməsi və ekstremal hava hadisələrinin artması ilə əlaqəli ekoloji böhran şəklində özünü göstərir. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi tendensiyası 2006-cı ildən bəri sabit şəkildə qeydə alınıb. 2021-ci ilə qədər dəniz 2005-ci illə müqayisədə 119 sm dayazlaşıb. Bu, buxarlanmanı sürətləndirən artan temperatur və hava dövranında olan dəyişikliklərlə əlaqədardır. Dayazlaşma ekosistemlərin məhvinə, heyvanların (xüsusən də Xəzər suitisinin) ölümünə, balıq ehtiyatlarının azalmasına səbəb olur və gəmiçiliyin fəaliyyətinə mane olur. Qlobal istiləşmə quraqlığın artmasına, daha çox gün ərzində həddindən artıq isti havanın baş verməsinə və sahil ərazilərində səhralaşmanın güclənməsinə səbəb olur. İqlim dəyişikliyi Xəzər regionuna ciddi təsir göstərir və suyun səviyyəsinin sürətlə aşağı düşməsinə səbəb olur ki, bu da 2025-2026-cı illərdə instrumental müşahidələr tarixində rekord səviyyəyə çatıb. Son illərdə kritik dayazlaşma 2026-cı ilin əvvəlinə qeyd edilib ki, dəniz səviyyəsi təxminən -29,4 m-ə düşmüşdü ki, bu da 1977-ci ilin tarixi minimum səviyyəsindən (-29,0 m) aşağıdır. 2020-ci ildən bəri dəniz səviyyəsinin azalma sürəti ildə 30 sm-ə qədər artmışdır. Dayazlaşmanın əsas səbəbi hava temperaturunun artmasıdır ki, bu da dəniz səthindən buxarlanmanın sürətlənməsinə və çaylardan (Volqa, Ural və s.) suyun axınını üstələməsinə səbəb olur. Şimal-şərqdə (Qazaxıstan sahilləri) dəniz onlarla kilometr geri çəkilərək geniş dəniz dibi sahələrini üzə çıxarıb. Bu, balıq və quşlar üçün yaşayış yeri olan dayaz su ekosistemlərini məhv edir. Alimlər xəbərdarlıq edirlər ki, əgər hazırkı istixana qazı tullantıları bu səviyyədə davam edərsə, Xəzər dənizinin səviyyəsi 2100-cü ilə qədər 9-18 metr enə bilər. Bu, dənizin şimal dayaz sektorunun tamamilə yox olmasına və ümumi sahəsinin 25%-ə qədərinin itirilməsinə səbəb olacaq.

Böyük Qafqazda buzlaqların sürətlə əriməsi də bölgənin su balansına da təsir göstərir. Əgər mövcud istiləşmə meylləri davam edərsə, Xəzər dənizi səviyyəsinin aşağı düşməyə davam edəcəyi gözlənilir ki, bu da təcili uyğunlaşma tədbirlərinin görülməsini tələb edir”.

Oğuz Ayvaz



Oxunub: 387
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 20:18 | Əməkdar artist komaya düşdü
    Dünən, 20:16 | "Neftçi"dən inamlı qələbə, "Qarabağ" "Şəfa"ya qarşı
    Dünən, 20:13 | Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
    Dünən, 17:24 | Icra başçısı şəhid ailəsinin arzusunu yerinə yetirdi
    Dünən, 17:11 | Sel və daşqın gözlənilir - Xəbərdarlıq
    Dünən, 16:58 | Ağstafada “Dövlət Suverenliyi Günü"nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
    Dünən, 15:22 | Kuşnerdən Putinə Kremldə sərt sözlər - Sensasiya
    Dünən, 15:20 | Ukrayna AB-dən 3.3 milyard avro aldı
    Dünən, 15:19 | Britaniya səfiri Rusiya XİN-ə çağırıldı
    Dünən, 15:17 | Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...
    Dünən, 15:14 | İranda uşaqlar hərbi təlimə cəlb edildi – Video
    Dünən, 15:12 | Azərbaycan kubokunun püşkü atıldı: "Ağstafa Gəncləri" də mübarizə aparacaq
    Dünən, 15:10 | Suraxanı Rayon İcra Hakimiyyətinin və “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə və 18 sentyabr - Milli Musiqi Gününə həsr olunmuş konsert proqramı keçirilib
    Dünən, 15:08 | Sadıqova 21 minlik stəkan alan rəisin məhkəməsi başladı
    Dünən, 14:49 | Çindən alnan yeni lokomotivlərin sürəti...
    Dünən, 14:47 | Rus ordusu bu gün də iki kəndi işğal etdi
    Dünən, 14:45 | Paşinyanın maaşı kəskin artdı: ayda bu qədər alacaq
    Dünən, 14:11 | Həqiqi hərbi xidmət və mülki işə qəbul olmaq istəyənlər üçün imtahan keçiriləcək - Tarix açıqlandı
    Dünən, 14:04 | Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
    Dünən, 13:59 | Bakıda iş saatları dəyişdirilir - Yalnız bu halda...
    Dünən, 13:57 | Bakıda daha bir mühüm konfrans keçirilir
    Dünən, 11:40 | Azərbaycanda ət bahalaşacaq? – Yaxın aylarda...
    Dünən, 11:29 | Aqrar sahədə yeni maliyyələşmə mexanizmi olacaq
    Dünən, 07:58 | Şiddətli yağışlarla bağlı XƏBƏRDARLIQ
    Dünən, 07:57 | Bakının bu ərazilərində qaz olmayacaq
    Dünən, 07:55 | Bu 7 ərzaq qaraciyəri gücləndirir
    17-09-2026, 20:10 | İcra başçısı bir qrup vətəndaşın müraciətini dinləyib
    17-09-2026, 20:06 | DTX rəisi: "Vətəndaşların müxtəlif yollarla hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması ciddi təhdiddir" - FOTO
    17-09-2026, 20:05 | "XAİN, ANTİMİLLİ, SATQIN STRUKTURLAR..." - Prezidentdən sərt AÇIQLAMA + TAM MƏTN (Yenilənib)
    17-09-2026, 20:01 | Rusiyaya dəstək: Bu ölkə Ukraynaya ordu yeridir
    17-09-2026, 19:58 | Fərid Şahbazlı: "Azərbaycanın TDT ölkələri ilə ikitərəfli münasibətləri də bu strategiyanın mühüm dayağıdır"
    17-09-2026, 16:47 | QAİ-dən Ermənistanın əsassız iddialarına sərt reaksiya
    17-09-2026, 15:38 | Bakıda qəzadan sonra baş verən yanğının - Anbaan videosu
    17-09-2026, 15:36 | 25 min koreyalı Rusiya üçün “Şahid” yığır
    17-09-2026, 15:32 | Prezident və xanımı Şamaxıda açılışda...
    17-09-2026, 15:24 | Azərbaycan da bunu bizim üçün etdi - Paşinyan
    17-09-2026, 15:09 | Rus ordusu daha iki kəndi işğal etdi
    17-09-2026, 15:08 | ABŞ-İran münaqişəsi regional nizamı dəyişdi - Arakçı
    17-09-2026, 14:14 | Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək
    17-09-2026, 14:13 | Ramiz Mehdiyev məhkəməyə getmək istəmir
    17-09-2026, 14:11 | MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    17-09-2026, 13:56 | Rusiyaya dəstək: Bu ölkə Ukraynaya ordu yeridir
    17-09-2026, 13:54 | Bakıda dayanacaqlarda insan seli... - Video
    17-09-2026, 13:07 | "Kontakt Home"un ENDİRİM fırıldağı məhkəmədə ifşa olundu - TƏFƏRRÜAT
    17-09-2026, 13:05 | Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakiminin öldüyü yol qəzası ilə bağlı məhkəmədə qərar verilib
    17-09-2026, 13:03 | 35,3 min şəxsə əlillik təyin olundu
    17-09-2026, 08:14 | Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var - YENİLƏNİB
    17-09-2026, 07:57 | Yenə işıq olmayacaq
    17-09-2026, 07:56 | "Levante" - "Atletik" matçı leysana görə təxirə salındı
    17-09-2026, 07:54 | Yuxu hormonu çatışmayanlar xərçəng ola bilər
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.