Premyer Liqada çempionluq yarışında mühüm xallar: "Sabah" və "Qarabağ" qələbə axtarışında
Bu gün Misli Premyer Liqasında XXIV turunun növbəti oyunları keçiriləcək. Mediaxeberleri.Az xəbər verir ki, günün ilk qarşılaşmasında "İmişli" klubu "Sabah"la üz-üzə gələcək. Quba OİK stadionunda keçiriləcək matç saat 15:00-da başlayacaq. Günün digər qarşılaşmasında isə "Zirə" "Qarabağ"ı qəbul edəcək. Saat 19:15-də start götürəcək matç Zirə İdman Kompleksinin stadionunda oynanılacaq. Qeyd edək ki, "İmişli" 22 xalla turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb. "Sabah" isə 56 xalla turnir cədvəlinin zirvəsindədir. "Zirə" 39 xalla dördüncü, 49 xala malik "Qarabağ" isə ikincidir. Misli Premyer Liqası XXIV tur 14 mart 15:00. "İmişli" - "Sabah" Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Şirmamed Mamedov, Alik Yunusov VAR: Əliyar Ağayev AVAR: Zöhrab Abbasov Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Kifayət Mustafayeva Quba OİK stadionu 19:15. "Zirə" - "Qarabağ" Hakimlər: Fərid Hacıyev, Namiq Hüseynov, Rəhman İmami, Vüqar Həsənli VAR: Nicat İsmayıllı AVAR: Emin Əliyev Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: Elgiz Abbasov Zirə İdman Kompleksinin stadionu.





















