"Araz-Naxçıvan" "Karvan-Yevlax"a, "Sumqayıt" "Şamaxı"ya qarşı
Bu gün Misli Premyer Liqasında 24-cü tur start götürəcək. Mediaxeberleri.Az xəbər verir ki, ilk gündə 2 matç keçiriləcək. Əvvəlcə "Araz-Naxçıvan" "Karvan-Yevlax"ı qəbul edəcək. Görüş saat 18:30-da başlayacaq. Bu komandalar arasında 1-ci və 2-ci dövrənin matçlarında Naxçıvan təmsilçisi qələbə qazanıb (2:1, 2:0). Həmçinin bu gün "Şamaxı" "Sumqayıt"ın qonağı olacaq. Oyun saat 20:30-da start götürəcək. Sözügedən komandaların 1-ci dövrədəki oyununda 1:1 hesabı qeydə alınıb. 2-ci dövrənin qarşılaşmasında isə "gənclik şəhəri" təmsilçisi üstün olub - 2:1. 13 mart (cümə) 18:30. “Araz-Naxçıvan” – “Karvan-Yevlax” 20:30. “Sumqayıt” – “Şamaxı” 14 mart (şənbə) 15:00. “İmişli” – “Sabah” 19:15. “Zirə” - “Qarabağ” 15 mart (bazar) 15:00. “Kəpəz” – “Turan Tovuz” 18:00. “Qəbələ” – “Neftçi” Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 12 qol Bassalu Sambu ("Neftçi") - 9 qol Velko Şimiç (“Sabah”) - 9 qol Karim Rossi ("Şamaxı") - 8 qol Emin Mahmudov (“Neftçi”) - 7 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Dioqo Almeyda ("İmişli") - 7 qol
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov
VAR: Elvin Bayramov
AVAR: İnqilab Məmmədov
“Liv Bona Dea Arena”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Vüsal Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu





















