Azərbaycanın 2 qadın güləşçisi Avropa çempionatında finala yüksəlib
Azərbaycan güləşçisi Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) Serbiyanın Zrenyanin şəhərində davam edən güləş üzrə U-23 Avropa çempionatında finala vəsiqə qazanıblar. "Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Şirinova moldovalı rəqibi Mihaela Samoili, Qurbanova isə rumıniyalı Ana Mariya Puyunu üstələyib. Avropa çempionatına martın 15-də yekun vurulacaq.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















