“Turan Tovuz”dan qələbə, “Zirə” - “Kəpəz” matçında heç-heçə
Misli Premyer Liqasında 23-cü turun oyunları davam edir. Mediaxeberleri.Az xəbər verir ki, bu günə daha 2 matçın keçirilməsi nəzərdə tutulub. Günün ilk qarşılaşmasında "Zirə" Kəpəz"i qəbul edib. Qarşılaşmanın son dəqiqələrinə qədər qonaqlar hesabda öndə olsa da, "Zirə" son dəqiqə qolu ilə hesabı bərabərləşdirib. Beləliklə, matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. "Zirə" ilk dövrədə "Kəpəz"ə 5:0, 2-ci dövrədə isə 2:0 hesabı ilə qalib gəlib. Günün son matçında isə "Neftçi" öz meydanında "Turan Tovuz"la üz-üzə gəlib. Bu komandaların ilk dövrədəki oyununda "Turan Tovuz" 1:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçında isə qolsuz heç-heçə qeydə alınıb. 9 mart Misli Premyer Liqası 23-cü tur 20:30.“Neftçi” – “Turan Tovuz” - 0:1 Qol: Joarlem Santos, 56 18:30.“Zirə” – “Kəpəz” - 2:2 Qollar: Eren Aydın, 5 (1:0), Rauf Hüseynli, 32 (1:1), Dioqo Verdaska, 51 (1:2), Ruan Renatov, 90+7 (2:2) 10 mart 19:15. “Sabah” - “Qəbələ” 7 mart “Karvan-Yevlax” - “Sumqayıt” - 1:1 8 mart "Qarabağ" – "Araz-Naxçıvan" - 6:0 "Şamaxı" – "İmişli" - 0:0 Bombardirlər: Coy Lens Mikels (“Sabah”) - 10 qol Bassalu Sambu ("Neftçi") - 9 qol Velko Şimiç (“Sabah”) - 9 qol Emin Mahmudov (“Neftçi”) - 7 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Karim Rossi ("Şamaxı") - 7 qol Dioqo Almeyda ("İmişli") - 7 qol
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
VAR: Elçin Məsiyev
AVAR: Müslüm Əliyev
“Palms Sports Arena”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Alik Yunusov
VAR: Elvin Bayramov
AVAR: Cavid Cəlilov
Zirə İdman Kompleksinin stadionu





















