Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Martın 7-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Mediaxeberleri.Az bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi bölgələrdə - Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Kəlbəcər, Laçın, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Göygöl, Samux, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə, Mingəçevir, Şirvan, Lerik, Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq əsəcək şimal-qərb küləyinin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Oxunub: 101
Xəbəri paylaş
Paylaş:





















