Qeyri-iş günləri ilə əlaqədar mühüm məlumat
Bakı metropoliteni martın 8-i və 9-da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib. “28 May–Əhmədli” sahəsində gün ərzində qatarlararası interval əsasən 2,5 dəqiqə olacaq. Bütün xətlər üzrə ehtiyat qatarlar və zəruri işçi qüvvəsi ayrılacaq, nəzarət tədbirləri gücləndiriləcək. Bənövşəyi xətdə, həmçinin “Həzi Aslanov–Əhmədli” və “Cəfər Cabbarlı–Xətai” mənzillərində intervallar dəyişməz qalacaq. “Bakmil” istiqamətində hərəkət edən sərnişinlər şənbə gününün qrafikindən istifadə edəcəklər.
Oxunub: 75
Xəbəri paylaş
Paylaş:





















