Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
    "Qarabağ Azərbaycan torpağıdır, sonsuza qədər də belə qalacaqdır"
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?

Son xəbərlər :
  • 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
  • Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
  • Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
  • Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
  • Keçmiş icra başçısı Rusiyada vəfat etdi
  • 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
  • Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
  • Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
  • Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
  • Dövlət başçısından daha bir SƏRƏNCAM
  • Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
  • YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
  • Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
  • Qarabağ qazisi vəfat etdi
  • Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
  • Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
  • İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
  • Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
  • EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
  • U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

“Qazax - İdman Paytaxtı 2026” nın açılış mərasimi olub - VİDEO

  • Tarix: 5-03-2026, 16:10

Gənclər və İdman Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qazax - İdman Paytaxtı 2026”nın açılış mərasimi baş tutub.

Mediaxeberleri.Az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib.

Ən önəmlisi də odur ki, bu il martın 5-i təkcə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yaddaşlara yazılıb. Bu il 5 mart tarixi qazaxlılar üçün daha da əlamətdar olub. Çünki bu gün "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi keçirilib. Qazax idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil alıb, daha sonra "Qazax İdman paytaxtı 2026"nın maskotu ictimaiyyətə təqdim olunub.

5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçirilib.

Martın 5-də Qazax şəhərində #İdmanhəftəsi çərçivəsində Gənclər və İdman Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə əsl bayram əhval-ruhiyyəsi yaşanıb.

Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Gənclər və İdman Naziri Fərid Qayıbov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Azərbaycan Respublikasının İdman ustası və Əməkdar məşqçisi, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Regional idarələrin rəhbərləri, İdman Federasiyalarının əməkdaşları, rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivi, şəhid ailələri, gənclər, ictimaiyyət nümayəndələri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri və könüllülər, media nümayəndələri iştirak ediblər.

Açılış mərasimi çərçivəsində “Qarabağ Azərbaycandır” Abidə Kompleksi ziyarət olunub. Tədbirə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır” Abidə Kompleksinin qarşısından start verilib. Qonaqlar abidə kompleksini ziyarət edərək şəhidlərimizə ehtiramlarını ifadə ediblər.

Qonaqlar Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkın üst hissəsində təşkil olunmuş sərgiyə baxış keçiriblər. Qazax Rayon Heydər Əliyev Mərkəzi tərəfindən Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin dövlətçilik siyasətinə həsr edilmiş kitabların və idman siyasətinə həsr edilmiş nəşrlərin sərgilənməsi, standartlara uyğun kitab stendləri maraqla qarşılanıb. Mərkəzin direktoru Ceyhunə Hüseynova Ulu Öndərin və cənab Prezidentin Qazax rayonuna səfərləri barədə ətraflı məlumat verib.

Qazax Dövlət Rəsm Qalereyasının təşkil etdiyi rəsm sərgisi də maraqla izlənilib. Qazax Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Qazax İdman paytaxtı 2026”ya həsr olunmuş rəsm müsabiqəsinin qalibi olmuş iştirakçıların rəsm və əl işləri nümayiş etdirilib. Qalereyanın müdiri Münəvvər Xəlilova rəsm müsabiqəsi barədə məlumat verib. Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilməsi ilə bağlı elan edilmiş rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Qaliblərə Fəxri Fərmanlar və hədiyyələr təqdim edilib.

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkil etdiyi sərgidə müxtəlif dövləri əks etdirən eksponatlar nümayiş olunub. Qoruğun direktoru Səadət Əliyeva eksponatlar barədə məlumat verib.

Qazax Tarix-Diyarşünaslıq Muzeyi və Molla Pənah Vaqif və Molla Vəli Vidadi Muzeyinin birgə təşkil etdiyi sərgidə xalça və misgərlik, gil məmulatları nümayiş etdirilib.

Rayonda fəaliyyət göstərən sazbəndlərin təşkil etdiyi saz sərgisi marağa səbəb olub. Sazbəndlər sazın tarixi, hazırlanması barədə qonaqlara ətraflı məlumat veriblər. Sərgi zamanı cənab nazirə saz hədiyyə edilib.

Sərbəst güləş, Cüdo, Ağırlıqqaldırma, Qol güləşi, Boks, Karate, Futbol, Şahmat, Voleybol idman növləri üzrə nümunəvi çıxışlara baxış keçirilib.

Açılış mərasimində qonaqlar Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə gül dəstələri düzüb, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Ulu Öndərin adını daşıyan Mərkəzdə dahi şəxsiyyətin həyat və fəaliyyəti ilə yaxından tanış olub, əziz xatirəsini böyük ehtiramla anıblar.

Tədbir zamanı qonaqlar "Qazax İdman paytaxtı 2026" ilə əlaqədar Ulu Öndərin adını daşıyan parkda quraşdırılmış idman qurğularına da baxış keçiriblər.

"Qazax İdman paytaxtı 2026" çərçivəsində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiyası, Azərbaycan Güləş Federasiyası və "Arkoz Qazax Sement Zavodu” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb.

Qazax Gənclər Evində müşavirə keçirilib. Günün ikinci yarısında “Qazax İdman Paytaxtı-2026” ilə əlaqədar Qazax şəhəri Heydər Əliyev prospekti, Qazax Ədəbiyyat Muzeyinin qarşısından Heydər Əliyev adına parkadək parad keçirilib. Qazax şəhəri Ədəbiyyat Muzeyinin qarşısından idman ictimaiyyətinin iştirakı ilə idman yürüşü başlanıb və Heydər Əliyev Parkında idman federasiyaları, idman qurğuları, “İdman səfirləri”, regional gənclər və idman idarələri, idman könüllüləri və digər idman təşkilatları təntənəli şəkildə paraddan keçiblər.

Parad iştirakçıları Qazax Ədəbiyyat Muzeyinin və Fəxri Qazaxlılar parkının qarşısından start götürərək Heydər Əliyev prospekti, Firuddin Şamoyev və Bakı küçələri boyunca yürüş edərək açılış mərasiminin keçiriləcəyi parka tərəf istiqamət alıblar.

Paradda atlar və avtomobillər nümayiş etdirilib. Motosikletçilərin, velosipedçilərin, veteran idmançıları daşıyan üstüaçıq avtobusun nümayişi maraqla qarşılanıb. Olimpiya və Parolimpiya mükafatçıları, idmançılar, orkestr, rəhbər heyət parada qatılıblar. Parad iştirakçılarını yolboyu məktəblilər alqışlarla qarşılayaraq onlara qoşulublar. 

Sonda “Qazax İdman Paytaxtı-2026” ilə əlaqədar Ulu Öndər Heydər Əliyev adına parkda açılış mərasiminin rəsmi və bədii hissəsi start götürüb.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, qonaqları, şəhid ailələrini, qaziləri, idmançıları, idman sevərləri və doğma  qazaxlıları salamlayıb, bugünkü əlamətdar gün münasibətilə səmimi ürək sözlərini bölüşüb. Qonaqlara onları Azərbaycanın Qərb qapısı, tarixi şəxsiyyətlərin, eyni zamanda tanınmış idmançıların diyarı olan Qazaxda görməkdən məmnunluq duyduğunu söyləyib. 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbriklərini çatdıran icra başçısı idmançılara uğurlar arzulayıb. Rayon rəhbəri Gənclər və İdman Nazirliyinin kollegiyasının müvafiq qərarı ilə Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edildiyini vurğulayaraq, bu böyük etimada görə başda Gənclər və idman naziri Fərid Qayıbov başda olmaqla, kollegiyanın üzvlərinə öz adından və rayon ictimaiyyəti adından dərin minnətdarlığını bildirib. Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsində əsas məqsədin təkcə idman yarışlarının təşkil olunması deyil, eyni zamanda, rayonda idman infrastrukturlarının  dahada genişləndirilməsi və  inkişaf etdirilməsi olduğunu diqqətə çatdırıb. İcra başçısı qeyd edib ki, Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu idmançılarmızın əldə etdiyi uğurlu nəticələr təsdiqləyir. Əldə edilmiş uğurların bazasında uzaqgörən siyasət və gərgin əmək dayanır. Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi: “İdman kimi Azərbaycanın müstəqilliyinin rəmzlərini nümayiş etdirən ikinci bir vasitə yoxdur”. Bu gün əminliklə deyə bilərik ki, Ulu Öndərin idman sahəsində həyata keçirdiyi siyasət  Azərbaycan xalqının fiziki-mənəvi sağlamlığına çalışan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həyata keçirilən siyasətin əsas məqsədi ölkəmizin inkişafının daimi, əbədi olması üçün gəncləri sağlam və vətənpərvərlik ruhunda tərbiyə etmək, gənclərə Vətən sevgisini aşılamaqdır. Ölkə başçısının çıxışlarında səsləndirdiyi kimi, “Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir”. Eyni zamanda, onu da demək zəruridir ki, ölkə prezidenti İlham Əliyevlə yanaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da Azərbaycan gənclərinin intellektual və fiziki inkişafı istiqamətində mühüm işlər görür. “İdman sağlamlıq rəmzidir, idman gözəllik rəmzidir, idman milli qürur və milli həmrəylik rəmzidir”, - fikrini səsləndirən Mehriban xanım idmanın cəmiyyətin həyatında oynadığı rolu yüksək qiymətləndirərək, onun həm də birləşdirici gücünün olduğunu vurğulayır. Görülən işlər, qazanılan uğurlar onu söyləməyə əsas verir ki, Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrimizdə idmanla məşğul olmaq üçün bütün şərait yaradılmışdır. Bu gün Qazax rayonu respublika yarışlarına, turnirlərə ev sahibliyi edir. Qazax idmançıları             2025-ci il ərzində beynəlxalq yarışlarda 15-i qızıl, 10-u gümüş, 14-ü bürünc olmaqla, 39 medal, respublika səviyyəli yarışlarda 27-si qızıl,14-ü gümüş, 21-i bürünc olmaqla, 62 ədəd medal qazanmışdır. Bütün bu uğurlara görə idmançıları bir daha səmimi qəlbdən təbrik edir, yeni-yeni qələbələr arzulayırıq. İcra başçısı sonda bir daha 2026-cı ildə rayonumuzda keçiriləcək bütün yarışlarda idmançılarımıza uğurlar arzu edib. Bu yarışların ən yüksək səviyyədə təşkil edilməsi işinin öhdəsindən layiqincə gəlinəcəyinə əminliyini qeyd edərək bu məsuliyyətli missiyanın həyata keçirilməsində hər kəsə uğurlar diləyib. Rayonumuzun bütün sahələrdə olduğu kimi, bu məsuliyyətli işin öhdəsindən də layiqincə gələcəyini və həyata keçiriləcək idman yarışlarında qazax idmançılarının fəal iştirakı ilə fərqlənəcəklərini vurğulayıb.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxış edərək 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə hər kəsi təbrik ediblər. “Qazax İdman Paytaxtı-2026”nın açılış mərasiminin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə və əziyyəti keçən hər kəsə minnətdarlıqlarını ifadə ediblər.

“İdman Paytaxtı” layihəsinin rəmzi açarı Qəbələdən təhvil alınaraq Qazaxa təqdim edilib. Ardınca Qazax “İdman Paytaxtı”nın maskotu səhnədə təqdim olunub.

Azərbaycan Respublikasının İdman ustası və Əməkdar məşqçisi, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edərək Qazax ictimaiyyətini, idmançıları əlamətdar gün münasibətilə təbrik edib, qazaxlı idmançılara uğurlar arzulayıb.

Sonra həvəskar pəhləvan tərəfindən nümunəvi çıxış nümayiş olunub. Tədbirin bədii hissəsi gənc aşıq Samir Cəlaloğlunun ifasında təqdim olunan milli musiqi ilə zənginləşib. Gənc aşıq saz havası üstə “Qazax İdman Paytaxtı-2026”ya həsr olunmuş şeir səsləndirib. “İdman səfiri” Xəyyam Orucovun milli idman növləri üzrə nümayişləri təqdim edilib. Akrobatika gimnastikası, taekvondo üzrə idmançıların nümayişi tədbirə xüsusi rəng qatıb. Tanınmış müğənnilər Murad Arif və Mərdan Kazımovun ifasında bir-birindən maraqlı musiqi nömrələri iştirakçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.



Oxunub: 755
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    Dünən, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    Dünən, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    Dünən, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    Dünən, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    Dünən, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    Dünən, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    Dünən, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    Dünən, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    Dünən, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    Dünən, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    Dünən, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    Dünən, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    Dünən, 13:10 | Qarabağ qazisi vəfat etdi
    Dünən, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    Dünən, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    Dünən, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    Dünən, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    Dünən, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    Dünən, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    Dünən, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Dünən, 12:32 | Tibb xidməti leytenantı Adil Əfəndiyevin əziz xatirəsi ehtiramla anıldı
    Dünən, 11:50 | 14 İCRA HAKİMİYYƏTİNDƏ MİLYONLUQ YEYİNTİLƏR – Vəsaitlər necə mənimsənilib?
    Dünən, 11:42 | İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi
    Dünən, 11:38 | BŞİH: Ağacların kəsilməsində qayda pozuntusuna yol verən əməkdaş işdən azad edilib
    Dünən, 10:01 | Bakıda deputatın oğlunun da olduğu cinayətkar birliyin fəaliyyəti ilə bağlı RƏSMİ MƏLUMAT
    Dünən, 09:27 | Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video
    Dünən, 09:24 | Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
    Dünən, 09:19 | Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? - Video
    Dünən, 09:14 | Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Dünən, 09:07 | Məktəb dərsliklərində plagiat iddiası: Nazirlikdən açıqlama - Video
    Dünən, 09:05 | Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? - Video
    Dünən, 09:01 | Netanyahu İrandan danışdı, nüvə partlayışını əks etdirən görüntü paylaşdı - Foto
    25-10-2026, 20:08 | "Sabah" - "Qarabağ" matçında heç-heçə, "İmişli"dən qələbə
    25-10-2026, 16:33 | Ukraynadan Rusiya ordusuna ağır zərbə
    25-10-2026, 14:56 | Altı il öncə bu gün – 25 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR
    25-10-2026, 14:34 | Azərbaycan Premyer Liqasında IX tur başa çatır: "Sabah" "Qarabağ"ı qəbul edir
    25-10-2026, 13:43 | Azərbaycanın U-15 millisi dünya çempionatında növbəti qələbəsini qazandı
    24-10-2026, 22:36 | “Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
    24-10-2026, 22:34 | Millimizdən dünya çempionatında böyükhesablı qələbə
    24-10-2026, 21:48 | Bəzi tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək
    24-10-2026, 21:37 | Məşhurlar ən çox bu kokteyli içir
    24-10-2026, 21:34 | Kafedəki dəhşətli qətlə görə, deputatın oğlunu hansı cəza gözləyir?
    24-10-2026, 21:30 | Çay içənlərə XƏBƏRDARLIQ
    24-10-2026, 21:25 | 10 yaşlı uşağa təcavüz edən "Akula Akif"in dəhşətli cinayəti: "Cinlər məni yoldan çıxardı"
    24-10-2026, 21:20 | Zeytun Festivalının açılışı olub - Foto
    24-10-2026, 20:55 | “Neftçi” - “Turan Tovuz” matçında heç-heçə, “Kəpəz”dən qələbə
    24-10-2026, 20:30 | Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəldi
    24-10-2026, 20:27 | U-15 DÇ: İlham Əliyev millinin oyununu izləyir
    24-10-2026, 20:26 | Qətl törədib gizlənən şəxslər saxlanıldı - DTX-dən əməliyyat
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.