ARDNF-də yüksək vəzifəyə təyinat
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) rəhbərliyinə təyinat olub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ARDNF məlumat yayıb. Bildirilib ki, Vadim Pşeniçnıy bu ilin mart ayından etibarən ARDNF-in İcraçı direktoruna müşavir təyin edilib. Qeyd edək ki, V. Pşeniçnıy 2005-ci ildən ARDNF-də müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən yeni vəzifəsinə qədər Fondun risklərin idarə edilməsi departamentinin direktoru vəzifəsində işləyib.
Oxunub: 35
Xəbəri paylaş
Paylaş:





















