Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - FOTOLAR
APA-nın Naxçıvan müxbiri xəbər verir ki, dronun qalıqları hava limanının uçuş-eniş zolağına düşüb, bir neçə yerdə asfalt örtüyü zədələyib. Hadisə yerinə prokurorluq əməkdaşları cəlb olunub, araşdırma aparılır. Qeyd edək ki, İran bu gün dronla Naxçıvana zərbələr endirib. Dronlardan biri aeroportun terminalına, daha bir neçə dron isə digər yerlərə düşüb. Bir dron Şəkərabad kənd məktəbinin yaxınlığına təsadüf edib. Dron zərbəsi nəticəsində terminal binasına ziddi zərər dəyib, dağıntılar qeydə alınıb.
İranın Naxçıvan aeroportuna dron zərbələri nəticəsində uçuş-eniş zolağına da zərər dəyib.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:



























