Dövlət Komitəsinin 8 Mart tədbiri ləğv olundu
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir təxirə salınıb. Mediaxeberleri.Az Teleqraf-a istinadən xəbər verir ki, tədbirin martın 5-də Bakıda keçirilməsi nəzərdə tutulsa da, qərar sonradan bir sıra səbəblərdən ləğv edilib. Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu açıqlamasında martın 5-də keçirilməsi nəzərdə tutulan tədbirin təxirə salındığını təsdiq edib. Qurum rəsmisi bunun səbəbini Komitə sədri Bahar Muradovanın xaricə səfərləri, o cümlədən bir sıra mühüm qonaqların planları ilə əlaqələndirib. O, tədbirin başqa bir tarixdə keçiriləcəyini istisna etməyib. Əldə edilən məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təkcə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbiri yox, nəzərdə tutulan digər rəsmi tədbirləri də ixtisara düşüb. Qeyd edək ki, bundan öncəki illərdə Komitənin sözügedən tədbiri 5-6 mart tarixlərində keçirilib.





















