Misli Premyer Liqası: "Kəpəz" "Sumqayıt"a, "Araz-Naxçıvan" "Zirə"yə qarşı
Bu gün Misli Premyer Liqasında 22-ci tura start veriləcək. Mediaxeberleri.Az xəbər verir ki, ilk oyun günündə iki görüş keçiriləcək. Əvvəlcə "Kəpəz" "Sumqayıt"ı qəbul edəcək. Oyun saat 14:30-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyunu "Sumqayıt"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Günün ikinci oyununda isə "Zirə" "Araz-Naxçıvan"ın qonağı olacaq. Matçın start fiti saat 18:00-da veriləcək. Komandaların ilk dövrədəki matçı 1:1 hesabı ilə başa çatıb. 27 fevral (cümə) 14:30. “Kəpəz” – “Sumqayıt” 18:00 . “Araz-Naxçıvan” – “Zirə” 28 fevral (şənbə) 14:30. “Şamaxı” – “Neftçi” 17:00. “Qəbələ” – “Karvan-Yevlax” 1 mart (bazar) 16:30. “Turan Tovuz” – “İmişli” 19:00. “Qarabağ” – “Sabah” Bombardirlər: Bassalu Sambu ("Neftçi") - 9 qol Coy-Lens Mikels (“Sabah”) - 9 qol Velko Şimiç (“Sabah”) - 9 qol Emin Mahmudov (“Neftçi”) - 7 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Karim Rossi ("Şamaxı") - 7 qol Dioqo Almeyda ("İmişli") - 7 qol
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Yevlax şəhər stadionu
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
“Liv Bona Dea Arena”





















