"Şamaxı" və "Kəpəz" klubları cərimələndilər
AFFA-nın İntizam Komitəsi Misli Premyer Liqasının XXI turu çərçivəsində qeydə alınan qayda pozuntuları səbəbindən "Şamaxı" və "Kəpəz" futbol klublarına qarşı cərimə sanksiyaları tətbiq edib. Mediaxeberleri.Az-ın məlumatına görə, müvafiq qərar qurumun İntizam Komitəsinin son iclasında verilib. "İmişli" - "Şamaxı" qarşılaşmasında qonaq komandanın heyətində dörd oyunçu sarı vərəqə aldığına görə klub 700 manat məbləğində cərimələnib. "Sabah" - "Kəpəz" görüşünün 90+8-ci dəqiqəsində isə Gəncə klubunun üzvü Şakir Seyidov ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Nəticədə futbolçu iki oyunluq diskvalifikasiya olunub, "Kəpəz" klubu isə buna görə 1000 manat məbləğində cərimələnib.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















