Azərbaycan millisi Moldovaya qalib gəldi
Azərbaycanın U-19 millisi bu gün Moldovada ilk yoxlama oyununa çıxıb. Mediaxeberleri.Az xəbər verir ki, komanda Moldova yığması ilə üz-üzə gəlib. Vadul lui Voda şəhərindəki Texniki Mərkəzdə keçirilən görüş Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmamızın qollarını Nicat Nərimanov (61-ci dəqiqə) və İbrahim Babayev (82-ci dəqiqə) vurublar. Qeyd edək ki, bu komandalar arasında ikinci yoxlama oyunu fevralın 27-də keçiriləcək.
Oxunub: 25
Xəbəri paylaş
Paylaş:





















