"Qəbələ"dən bir az ehtiyat edirdik" - Kurban Berdıyev
"Qəbələ"dən bir az ehtiyat edirdik, yaxşı komanda olduğunu bilirdik". Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 14-cü turundan təxirə salınan "Qəbələ" iə bugünkü görüşdən sonra təşkil edilən mətbuat konfransında deyib. O, 3:0 hesablı qələbəni belə şərh edib: "Qəbələ"nin sürətli hücumçuları var. Allaha şükürlər olsun ki, öhtəsindən gəldik, komanda pis oynamadı. Birinci hissədə "Qəbələ"nin kifayət qədər qol epizodları oldu. Heç bir komanda üçün onlara qarşı oynamaq asan olmayıb".
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















