Zabrat qəsəbəsində su xəttində qəza aradan qaldırılıb
Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsi, Molla Vəli Vidadi küçəsində diametri 560 millimetr olan içməli su xəttində qəza hadisəsi qeydə alınıb. Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib. Qəza hadisəsi qeyd alınan kimi əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib. Su xəttində ilkin olaraq qaynaq işləri aparılmaqla qəza aradan qaldırılıb. Hazırda bütün istiqamətlər üzrə təmir-bərpa işləri yekunlaşıb və suyun verilməsi bərpa edilib. Qeyd edilib ki, bəzi ərazilərdə əhali tərəfindən primitiv çəkilən xətlər standartlara cavab vermədiyi üçün hidravlik rejimin bərpası vaxt tələb edir.
Oxunub: 30
Xəbəri paylaş
Paylaş:





















