"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
Bu gün Misli Premyer Liqasında bir oyun keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, 14-cü turundan təxirə salınmış matçda “Qəbələ” öz meydanında “Turan Tovuz”u qəbul edib. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçirilib. Bu nəticədən sonra Tovuz klubu 40 xalla üçüncü, Qəbələ təmsilçisi isə 15 xalla onuncu pillədə qərarlaşıb. Bu komandaların ilk dövrədəki oyununda “Turan Tovuz” 1:0 hesablı qələbə qazanıb. 24 fevral (çərşənbə axşamı) 15:00. “Qəbələ” – “Turan Tovuz” - 0:3 Qollar: Alexandro Serrano, 9 (0:1), Filip Ozobiç, 18 (0:2), Seydina Keyta, 47-avtoqol (0:3) Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov Bombardirlər: Bassalu Sambu ("Neftçi") - 9 qol Coy-Lens Mikels (“Sabah”) - 9 qol Velko Şimiç (“Sabah”) - 9 qol Emin Mahmudov (“Neftçi”) - 7 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Karim Rossi ("Şamaxı") - 7 qol Dioqo Almeyda ("İmişli") - 7 qol
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu





















