Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 43 nəfər...
Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı vəzifəsindən azad edilib. Mediaxeberleri.Az Oxu.az-a istinadla xəbər verir ki, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Məmməd Məmmədov sərəncam imzalayıb. Sərəncama əsasən, işlərini itirənlər əsasən kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin müavinləri, nümayəndəliklərin baş məsləhətçiləri - baş mühasibləri və sürücü vəzifələrində çalışanlar olublar. Məlumata görə, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar ümumilikdə 48 ştat ləğv edilib. Həmin şəxslərdən 5 nəfər adıçəkilən qurumun aidiyyəti bölmələrində işlə təmin olunsa da, 43 nəfər işsiz qalıb. Həmin şəxslər rayon icra hakimiyyətində sərəncama götürülüblər. Qeyd edək ki, bundan əvvəl Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib.





















