"Sabah"dan qələbə, "İmişli" - "Şamaxı" matçında heç-heçə
Bu gün Misli Premyer Liqasında 21-ci tura yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, son oyun gününə iki görüş nəzərdə tutulub. Əvvəlcə "İmişli" "Şamaxı"nı qəbul edib. Qubada keçirilən görüş qolsuz başa çatıb - 0:0. Komandaların ilk dövrədəki oyununda "Şamaxı" 1:0 hesabı ilə qalib gəlib. Günün son oyununda isə "Sabah" "Kəpəz"i qəbul edib. Masazırda keçirilən qarşılaşmada "Sabah" meydandan 1:0 hesabı ilə qalib ayrılıb. Bu komandaların ilk dövrədəki qarşılaşmasında "Sabah" 3:1 hesablı qələbə qazanıb. 22 fevral (bazar) 17:00. “Sabah” – “Kəpəz” - 1:0 Qol: Kahim Parris, 88 14:30. “İmişli” – “Şamaxı” - 0:0 20 fevral (cümə) “Turan Tovuz” - “Zirə” - 2:0 “Sumqayıt” - “Qəbələ” - 0:0 21 fevral (şənbə) “Karvan-Yevlax” - “Araz-Naxçıvan” - 0:2 "Neftçi" - "Qarabağ" (Təxirə salınıb) Bombardirlər: Bassalu Sambu ("Neftçi") - 9 qol Coy-Lens Mikels (“Sabah”) - 9 qol Velko Şimiç (“Sabah”) - 9 qol Emin Mahmudov (“Neftçi”) - 7 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Karim Rossi ("Şamaxı") - 7 qol Dioqo Almeyda ("İmişli") - 7 qol
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Əli Əliyev
AVAR: Kamran Bayramov
“Bank Respublika Arena”
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Quba OİK stadionu





















