"Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəldi
Misli Premyer Liqasında 21-ci tur davam edir. Mediaxeberleri.Az xəbər verir ki, ikinci oyun günündə 1 matç keçirilib. “Karvan-Yevlax” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edib. Oyunda Naxçıvan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasındakı ilk dövrənin matçında “Araz-Naxçıvan” 2:1 hesablı qələbə qazanıb. Qeyd edək ki, 21-ci tura nəzərdə tutulan, bu gün keçirilməli olan "Qarabağ" - "Neftçi" matçı təxirə salınıb. 21 fevral (şənbə) 14:30. “Karvan-Yevlax” - “Araz-Naxçıvan” - 0:2 Qollar: Felipe Santos, 32 (0:1), 51 (0:2) 22 fevral (bazar) 14:30. “İmişli” - “Şamaxı” 17:00. “Sabah” - “Kəpəz” 20 fevral (cümə) “Turan Tovuz” - “Zirə” - 2:0 “Sumqayıt” - “Qəbələ” - 0:0 Bombardirlər: Bassalu Sambu ("Neftçi") - 9 qol Coy-Lens Mikels (“Sabah”) - 9 qol Velko Şimiç (“Sabah”) - 9 qol Emin Mahmudov (“Neftçi”) - 7 qol Ba-Muaka Simakala (“Araz-Naxçıvan”) - 7 qol Toral Bayramov (“Qarabağ”) - 7 qol Karim Rossi ("Şamaxı") - 7 qol Dioqo Almeyda ("İmişli") - 7 qol
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Yevlax şəhər stadionu





















